Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir ®
Bakıdakı qolf meydançalı premium yaşayış kompleksi beynəlxalq sərgidəDreamland Baku Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir.
4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi AIREX 2026-da Dreamland Baku da iştirak edir.
Daşınmaz əmlak, investisiya və şəhərsalma sahələrinin aparıcı iştirakçılarını bir araya gətirən AIREX 2026 yerli və beynəlxalq şirkətlər üçün yeni biznes əlaqələrinin qurulması, investisiya imkanlarının təqdim edilməsi və strateji əməkdaşlıqların inkişaf etdirilməsi baxımından mühüm platformadır.
Sərgidə iştirak çərçivəsində Dreamland Baku özünün premium yaşayış və həyat tərzi konsepsiyasını, eləcə də daşınmaz əmlak və istirahət sahəsində təqdim etdiyi imkanları ziyarətçilərin diqqətinə çatdırır.
Bakı şəhərində yerləşən Dreamland Baku müasir yaşayış infrastrukturu, beynəlxalq standartlara cavab verən 18 dəlikli qolf meydançası, hotel və apart-hotel xidmətləri, spa və fitnes imkanları, restoranlar, əyləncə və tədbir məkanlarını bir araya gətirən unikal inteqrasiya olunmuş kompleksdir.
Kompleksin əsas üstünlüklərindən biri yaşayış, istirahət, idman, sağlamlıq və sosial həyat imkanlarının vahid məkanda birləşdirilməsidir. Villa və mənzillərdən ibarət yaşayış seqmenti, Dreamland Golf Club, Dreamland Golf Hotel, Dreambody Athletic Club & Spa, restoranlar və digər xidmətlər sakinlərə və qonaqlara fərqli həyat tərzi təcrübəsi təqdim edir.
AIREX 2026 çərçivəsində Dreamland Baku-nun iştirakı layihənin daşınmaz əmlak bazarında mövqeyinin gücləndirilməsi, potensial alıcı və investorlarla əlaqələrin genişləndirilməsi, eləcə də beynəlxalq biznes dairələri ilə yeni əməkdaşlıq imkanlarının araşdırılması baxımından əhəmiyyət daşıyır.
Dreamland Baku uzunmüddətli inkişaf strategiyası çərçivəsində yalnız yaşayış məkanı deyil, eyni zamanda Bakının premium həyat tərzi, idman və istirahət istiqamətində regional cəlbediciliyini artıran çoxfunksiyalı destinasiyalardan biri olmağı hədəfləyir.
Ətraflı məlumat:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 d. əvvəl
Bakıda ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
- 4 d. əvvəl
-
11 d. əvvəl
Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir ®
-
17 d. əvvəl
Qoyun və donuz ətinə görə dövlət rüsumu 2 dəfə azaldılır – Yeni məbləğ açıqlanıb
-
24 d. əvvəl
Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir
- 26 d. əvvəl
- 27 d. əvvəl
-
38 d. əvvəl
Onlayn platformalardan sifariş edilən mallar üçün vergi qaydaları dəyişir
-
40 d. əvvəl
Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir ®
Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Ən çox oxunanlar
Sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə yeni binada verilən kompensasiya xarakterli sahələrə görə vergi alınmayacaq
Mənzillərin təkrar satışında ƏDV yalnız qazancdan hesablanacaq
Ərdoğanın Azərbaycana gələcəyi bildirilir




























