“Azər Aqro” şirkətinin istehsal fəaliyyəti üçün qeydiyyatı ləğv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən "Azər Aqro" MMC-nin istehsal fəaliyyəti üzrə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib.
Marja xəbər verir ki, 2008-ci ildə yaradılmış və 6 milyon 436 min 405 manat nizamnamə kapitalına malik olan "Azər Aqro" MMC-nin direktoru Əliyev Zeynal Hacıməmməd oğludur.
“Azər Aqro” MMC-nin Kürdəmirdə 2800 hektar sahədə aqropark yaradtdığı və Yevlaxda da fəaliyyət göstərdiyi məlumatları verilmişdi.
Həmçinin mətbuat yazıb ki, “Azər Aqro” şirkətinin "Tərəkəmə" ət kəsimi məntəqəsi mövcuddur, ət və ət məhsullarının istehsalı ilə məşğul olur.
"Qida təhlükəsizliyi haqqında"Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri qeydiyyata alınır. Qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərmək qadağandır.
Qida təhlükəsizliyi - qida zəncirinin bütün mərhələlərində, habelə qida məhsullarının istehlakı zamanı qida məhsullarının insanların həyat və sağlamlığına zərər vurmasını tam istisna edən vəziyyətidir. Qida təhlükəsizliyi göstəriciləri - sanitar-gigiyenik normalar, qalıqların və çirkləndirici maddələrin yolverilən maksimum miqdarı, gündəlik qəbul hədləri və digər parametrlər də daxil olmaqla, insan həyatının və sağlamlığının qorunmasını təmin edən göstəricilərdir.
Qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhükəsizliyi Reyestrinə daxil edilir və onlara Reyestrdən elektron və ya yazılı çıxarış verilir. Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.
Aşkar edilmiş uyğunsuzluqlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda həmin obyektlərin təsdiqi ləğv olunur. Bu obyektlərdə uyğunsuzluqların aradan qaldırılması üçün verilmiş müddətdə əlavə nəzarət tədbirləri həyata keçirilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
- 15 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
İlon Mask Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində çıxışı gözlənilir
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ermənistandan açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub
-
1 gün əvvəl
Bakı hava limanı Yunanıstan aviadaşıyıcısının ilk reysini qarşıladı
-
1 gün əvvəl
Bazara yeni məhsul - "KABABLIQ" təqdim olunur - 3 DƏQİQƏYƏ BİŞİR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosse yolu gələn il hazır olacaq

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində

Sabahdan Bakıda Bal yarmarkası fəaliyyətə başlayır

“Nar” şəbəkəsi Xankəndi şəhərində

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

"SAB" qanvermə aksiyası keçirib

Bakı hava limanı Yunanıstan aviadaşıyıcısının ilk reysini qarşıladı

Bazara yeni məhsul - "KABABLIQ" təqdim olunur - 3 DƏQİQƏYƏ BİŞİR

Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Sabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumları olacaq

Yeni Apple Watch-lar nəyi bacarır?
