Azərbaycanın peyki ilə əlaqə itdi - Meteoritlə toqquşduğu ehtimal olunur
Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsi hazırda kosmik fəzada ölçüsü 10 sm-dan çox olan 36.500 obyekti izləyir. Lakin hesablamalara görə, planetimizin ətrafında Kosmik Müşahidə Şəbəkəsinin izləyə bilmədiyi kiçik ölçülü (1-10 sm) 1 milyondan çox obyekt hərəkət etməkdədir. Azersky peyki 45 milyon manat məbləğində sığortalanmışdır və artıq sığorta məbləğinin alınması işlərinə başlanmışdır."Azersky – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırmışdır. Belə ki, Azersky peyki ilə məlumat mübadiləsi dayanmışdır. Azərkosmos və peykin istehsalçısı tərəfindən Azersky peyki ilə əlaqənin bərpa olunması istiqamətində tədbirlər görülsə də, peyk ilə əlaqə yaratmaq mümkün olmamışdır".
Bu barədə Marja-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Azərkosmos-un 2014-cü ildə “Airbus Defence and Space” şirkəti ilə imzaladığı əməkdaşlıq sazişinə əsasən, Azersky peyki “Airbus Defence and Space" şirkətinin “SPOT 6” peyki ilə eyni orbitdə, vahid peyk qruplaşması formasında fəaliyyət göstərirdi. Əlverişli şərtlərlə imzalanmış sazişə görə, Azersky peyki olmasa belə, Azərkosmos “SPOT 6” peyki vasitəsilə əldə etdiyi yüksək optik ayırdetməli peyk təsvirlərindən yerli və xarici müştərilərin ehtiyaclarını qarşılaya biləcəkdir. Hazırda “SPOT 6” peykindən istifadə edərək peyk təsvirləri ilə bağlı sifarişlərin eyni keyfiyyətlə icrası davam etdirilir. Həmçinin, Azərkosmos ötən illərdə xarici peyk operatorları ilə qurduğu əlverişli əməkdaşlıq çərçivəsində yerli qurumların daha yüksək ayırdetməli peyk təsvirlərinə olan ehtiyaclarını güzəştli şərtlərlə təmin etmək gücündədir.
"Azersky peyki yer müşahidəsi və ümumilikdə geoinformasiya xidmətləri sahəsində ölkədaxili tələbatın ödənilməsi, milli təhlükəsizliyin təmin edilməsinə dəstəyin verilməsi, ölkəmizdə kosmik sahədə elmi-tədqiqat və kadr bazasının yaradılması və beynəlxalq imicin yüksəldilməsinə xidmət etməklə yanaşı, həm də kommersiya layihəsi kimi özünü doğrultmuşdur. Azersky peykinin kommersiya fəaliyyətinə başladığı tarixdən indiyədək 105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk təsvirləri verilmişdir. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfə çox olmuşdur",- məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, Azersky peyki öz nəzərdə tutulan orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsi hazırda kosmik fəzada ölçüsü 10 sm-dan çox olan 36.500 obyekti izləyir. Lakin hesablamalara görə, planetimizin ətrafında Kosmik Müşahidə Şəbəkəsinin izləyə bilmədiyi kiçik ölçülü (1-10 sm) 1 milyondan çox obyekt hərəkət etməkdədir.
Yaxın tarixə baxsaq, bu ilin əvvəli Səudiyyə Ərəbistanının Arabsat şirkətinin BADR-6 və ABŞ-ın Orbcomm şirkətinin FM36 peykləri, 2021-ci ildə Çinin Yunhai 1-02 peyki, 2019-cu ildə 50-dən çox peyki idarə edən İntelsat şirkətinin İntelsat-29e peyki, o cümlədən Rusiya və Türkiyənin peykləri də missiyalarını nəzərdə tutulan istismar müddətlərindən daha tez baş vurmuşlar. Ona görə də, kosmik fəaliyyət sahəsində risklərin idarəolunması üçün kosmik əmlakın sığortası böyük əhəmiyyət kəsb edir. Azersky peyki 45 milyon manat məbləğində sığortalanmışdır və artıq sığorta məbləğinin alınması işlərinə başlanmışdır.
Nazirlikdən bildirilirb ki, orbitdə olduğu müddətdə Azersky peykindən yarım petabayt həcmində, 80 000-dən çox peyk təsviri yüklənmişdir. Azərkosmosda peyk təsvirlərinin geniş arxivi formalaşmışdır ki, peykin arxiv təsvirlərinin Yerdə baş verən dəyişikliklərin təhlili və proqnozlaşdırması, o cümlədən elmi tədqiqatlar baxımından əvəzsiz rolu vardır. Azersky layihəsi çərçivəsində ölkəmizdə quraşdırılmış yerüstü infrastruktur və anten sistemləri həm növbəti peyk layihələrində istifadə baxımından, həm də müxtəlif xarici peyk operatorlarının anten ehtiyaclarını kommersiya şərtləri ilə ödəmək baxımından faydalı olacaqdır.
İlk Azersky peyki layihəsi çərçivəsində Yerin məsafədən müşahidə peyklərinin idarəolunması üzrə Azərbaycanda peşəkar mütəxəssislər yetişmiş və qazanılmış bilik və təcrübə yeni müşahidə peyklərinin hazırlanması və orbitə buraxılmasına yol açmışdır. Azərkosmos artıq ötən ildən müasir texnoloji inkişafın çağırışlarına cavab verən və yerli qurumların istəklərinə uyğun olaraq yeni, daha yüksək ayırdetməli müşahidə peyki layihəsinə başlamışdır.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 d. əvvəl
Diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
-
5 d. əvvəl
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
-
11 d. əvvəl
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
-
12 d. əvvəl
Maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə 10 faiz güzəşt tətbiq olunacaq
-
13 d. əvvəl
Vergi ödəyiciləri tərəfindən bəyannamələr yalnız elektron qaydada təqdim edilə biləcək
-
14 d. əvvəl
Artıq ödənilmiş rüsum “e-rüsum" altsistemi vasitəsilə nağdsız formada qaytarılacaq
- 21 d. əvvəl
-
23 d. əvvəl
Avtomobillərin utilizasiyası ilə bağlı yeni qərar – Fond ləğv edilir
-
25 d. əvvəl
Hotel və sanatoriyalar üçün böyük vergi güzəşti – 2027-ci ildən tətbiq oluna bilər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
Restoran və kafelər üçün yeni vergi güzəşti gəlir
Avtomobillərin utilizasiyası ilə bağlı yeni qərar – Fond ləğv edilir
Ən çox oxunanlar
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Xalq Bankdan 50 000 AZN-dək istehlak krediti 0% komissiya ilə ®
Kiçik sahibkarların gəlir və mənfəət vergisinə 25 faizlik güzəşt tətbiq olunacaq – 5 il müddətinə



























