Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yoxlama zamanı sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmayacaq - QƏBUL EDİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yoxlama zamanı sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmayacaq - QƏBUL EDİLDİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yoxlama obyektinin hər hansı biri üzrə yoxlama aparıldıqda, sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmayacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “Yoxlama obyekti”nin anlayışı və onun əhatə dairəsi müəyyən olunur. Yoxlama obyekti – yoxlamaların məqsədləri üçün nəzarət sahəsindən asılı olaraq aşağıdakılardır:

- sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti;

- sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi;

- sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər;

- yaxın qohum - ər-arvad, valideynlər, uşaqlar, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürənlər, övladlığa götürülənlər.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

XXX

Yoxlama zamanı sahibkarın hüquq və vəzifələri müəyyənləşir

Yoxlama zamanı sahibkarın hüquqları və vəzifələri məlum olub.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni - 1-1-ci Fəsildə əksini tapıb.

Layihəyə əsasən, yoxlama zamanı sahibkarın aşağıdakı hüquqları var:

- yoxlama bu qanununda müəyyən edilən dövrilik pozulmaqla aparıldıqda, yoxlamanın aparılması ilə əlaqədar müəyyən edilən müddətlər pozulduqda, bu qanunla müəyyən edilən məlumatlar (sənədlər) yoxlayıcı tərəfindən təqdim edilmədikdə yoxlayıcının yoxlama aparmasına icazə verməmək;

- yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək;

- yoxlayıcı orqanların (yoxlayıcıların) qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək;

- sübut və izahatlar təqdim etmək;

- yazılı izahatlar vermək, yoxlamaya aid olan hər hansı bir sənədin və ya onun surətinin yoxlama aktına əlavə olunmasını, həmçinin yoxlama zamanı baş verən, sahibkarın və ya yoxlayıcının hüquq və ya vəzifələrinə təsir edə biləcək faktlar barədə qeydlərin yoxlama aktına daxil edilməsini tələb etmək;

- yoxlama zamanı tərtib olunmuş yoxlama aktı və digər sənədlərlə tanış olmaq;

- bildirişlərin və yoxlama ilə əlaqədar məlumatların (sənədlərin) göndərilməsi üçün elektron poçt və ya digər poçt ünvanını yoxlayıcıya bildirmək;

- yoxlayıcının fəaliyyətinə maneə yaratmamaqla, yoxlama prosesinin foto, audio və video çəkilişini aparmaq və bu məqsədlə digər şəxsləri yoxlama prosesinə cəlb etmək;

- öz hüquq və mənafelərini qorumaq məqsədilə üçüncü şəxsləri yoxlama prosesinə cəlb etmək;

- yoxlama obyektinə aid olmayan, həmçinin yoxlamanın aparılması haqqında qərarda qeyd olunan yoxlama dövrünə aid olmayan məlumatları (sənədləri) yoxlayıcıya təqdim etməmək;

- yoxlayıcının qanunsuz tələblərini icra etməmək.

- Layihə həmçinin, yoxlama zamanı sahibkarın vəzifələrini də müəyyənləşdirir. Yoxlama zamanı sahibkarın vəzifələri aşağıdakılardır:

- yoxlama suallarına aid olan və yoxlamanın icrası üçün yoxlayıcılar tərəfindən bu qanuna uyğun olaraq tələb olunan məlumatları (sənədləri) təqdim etmək;

- iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına şərait yaratmaq;

- yoxlamanın başladığı və davam etdiyi müddətdə yoxlamada iştirak etmək və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmək;

- bilavasitə, yaxud səlahiyyətli nümayəndəsi və işçiləri vasitəsilə yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmaq;

- kommersiya, vergi və qanunla qorunan digər sirlərin qorunması məqsədilə qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və (və ya) elektron daşıyıcıda yoxlayıcıya təqdim etmək, habelə yoxlayıcıya yoxlama obyektinə dair məlumat olan informasiya sisteminə çıxış əldə etmək imkanı yaratmaq.

XXX

Sahibkarlıq subyektlərində yoxlama zamanı götürülən nümunələrin dəyəri ödəniləcək

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihənin 19-cu maddəsi ilə nümunələrin dəyərinin ödənilməsi ilə bağlı təkliflər əks olunub. Təkliflərə əsasən götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.

XXX

Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması təkmilləşdirilir, şəffaflıq artırılır

Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması təkmilləşdirilir, bu prosesdə müəyyənlik və şəffaflıq artırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni - 1-1-ci fəsildə əksini tapıb.

Layihəyə əsasən, Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır.

Yoxlayıcı orqan bu Qanuna əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və buqanunda nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

Eyni zamanda layihədə təlim planlarına dair müfəssəl müddəalar əlavə edilir. Eyni zamanda, layihədə illik planların məzmunu və hazırlanma (yerləşdirmə) müddətləri göstərilir. Hər iki maddə yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir.

Həmçinin Layihədə nəzərdə tutulan əlavələrdə yoxlama suallarına dair tələblər, o cümlədən sualların konkret müəyyənləşdirilməsi, risk mütənasibliyi əsasında formalaşdırılması kimi məsələlər öz əksini tapır. Bu yanaşma yoxlama prosesində yoxlayıcılar tərəfindən sui-istifadə hallarının azaldılmasına xidmət edəcək. Belə ki, Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirməli, risklərə əsaslanmalıdır. Yoxlama sualları aydın və birmənalı tərtib olunmalıdır. Sualların prioritetliyi onlara təyin olunmuş müxtəlif xüsusi çəki (bal) üzrə müəyyən edilməlidir. Hər bir yoxlama suallının siyahısının elə bir qiymətləndirmə sistemi olmalıdır ki, yoxlamadan sonra yoxlama obyektinin risk səviyyəsini müəyyənləşdirməyə imkan versin. Hər bir sual üçün fərqli xüsusi çəki (bal) risk dərəcəsinə mütənasib olmalıdır.

yoxlama
12.05.2023 13:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ