SOCAR-ın qaz emalı və neft-kimya kompleksi 2021-ci ildə istifadəyə veriləcək
SOCAR-ın Qaradağ rayonu ərazisində inşa edəcəyi qaz emalı və neft-kimya kompleksi 2021-ci ildə istifadəyə veriləcək.
Bu barədə layihəni həyata keçirəcək SOCAR-ın törəmə müəssisəsi “SOCAR GPC”nin məlumatında deyilir. Kompleks qaz emalı və neft-kimya zavodlarından ibarət olacaq. Qaz emalı zavodunun illik gücü 10 milyard kubmetr həcmində nəzərdə tutulub. Neft-kimya zavodu isə buxar krekinq, polimerizasiya bloku və digər qurğulardan ibarət olacaq. Zavodda ildə təxminən 600 min ton polietilen və 120 min ton propilen istehsalı nəzərdə tutulur. Propilen xam maddəsi polipropilen istehsalı üçün Sumqayıtda yerləşən “SOCAR Polymer”ə çatdırılacaq. Zavodda, həmçinin ildə 570 min ton etilen istehsalı da planlaşdırılır.
Layihənin inkişaf mərhələsi 15-18 ay davam edəcək. Bu mərhələdə SOCAR mühəndislik işlərini, satınalma ilə bağlı danışıqları, tikinti və maliyyə məsələlərini yekunlaşdıracaq. Beləliklə, yekun investisiya qərarı üçün kifayət qədər məlumat olacaq. Yekun investisiya qərarı qəbul edildikdən sonra tikinti işlərinə başlanılacaq və bu işlər 48 ay davam edəcək. Zavodların 2021-ci ildə istismara verilməsi gözlənilir.
Maliyyələşdirmə planına görə, layihə birbaşa maliyyələşdirmə, Asiya və Avropa şirkətləri və institutlarını əhatə edən ixrac kredit agentliyi, kommersiya bankının vəsaitləri hesabına həyata keçiriləcək. Hazırda Mühəndislik, Satınalma və Tikinti (EPC) üzrə podratçı seçimi davam edir. Maliyyələşmənin 2017-ci ilin sonuna tamamlanması gözlənilir.
“ING Bank”, Çin İnkişaf Bankı və “Gazprombank” birgə maliyyə məsləhətçiləri seçilib. “Vinson & Elkins” “SOCAR GPC”nin beynəlxalq hüquq məsləhətçisi, “PSG” hüquq firması isə Azərbaycanda hüquq məsləhətçisi xidməti göstərir.
Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 46 d. sonra
-
16 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
23 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 34 d. əvvəl
-
45 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 56 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir





























