Bu il daha 8 min nəfəri işə götürməyi planlaşdırır
Lufthansa bu il daha 8000 nəfəri işə götürməyi planlaşdırdığını açıqlayıb. Alman aviaşirkəti pandemiya dövründə 40 minə yaxın insanı işdən çıxarıb.Almaniyanın hava yolu şirkəti Lufthansa bu il daha 8 min nəfəri işə götürməyi planlaşdırır.
Marja xəbər verir ki, Lufthansa-nın yaydığı açıqlamada bu il 6 min nəfərin işlə təmin edildiyi qeyd edilib.
Açıqlamada bu il başda texniklər, informasiya texnologiyaları mütəxəssisləri, pilotlar və hüquqşünaslar kimi 8 min nəfərin işə götürüləcəyi, yeni işə qəbulun Frankfurt, Münhen, Hamburq, Sürix, Vyana və Brüsseldə həyata keçiriləcəyi vurğulanıb.
Covid-19 böhranı zamanı dünya üzrə təxminən 40 min insanı işdən çıxaran Lufthansa, 2022-ci ilin noyabr ayında Covid-19 böhranından sonra böyüməyə diqqət yetirərək 20 min yeni işçinin işə götürülməsi kampaniyasına başladığını açıqlayıb.
Şirkət 45-dən çox sahədə 20 000 yeni işçi qəbul etməyi planlaşdırır.
Mart ayının sonunda Lufthansa Qrupunun 112 400 min nəfər işçisi var idi.
2022-ci ilin sentyabrında Şirkət, yeni təyyarələr də daxil olmaqla avadanlıq və informasiya texnologiyalarına milyardlarla dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 d. əvvəl
Bakıda ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
- 4 d. əvvəl
-
11 d. əvvəl
Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir ®
-
17 d. əvvəl
Qoyun və donuz ətinə görə dövlət rüsumu 2 dəfə azaldılır – Yeni məbləğ açıqlanıb
-
24 d. əvvəl
Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir
- 26 d. əvvəl
- 27 d. əvvəl
-
38 d. əvvəl
Onlayn platformalardan sifariş edilən mallar üçün vergi qaydaları dəyişir
-
40 d. əvvəl
Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir ®
Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Ən çox oxunanlar
Sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə yeni binada verilən kompensasiya xarakterli sahələrə görə vergi alınmayacaq
Mənzillərin təkrar satışında ƏDV yalnız qazancdan hesablanacaq
Ərdoğanın Azərbaycana gələcəyi bildirilir



























