Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində külli miqdarda vəsait üzrə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikasının Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq 2023-cü ilin 15 fevral tarixindən 18 mart tarixinədək Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi həyata keçirilib.
Azərbaycan Respublikasının Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq 2023-cü ilin 15 fevral tarixindən 18 mart tarixinədək Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi həyata keçirilib. Audit Nazirlik üzrə 2021-2022-ci illərdə ümumilikdə 27 milyon 32 min 883 manat vəsaiti əhatə edib ki, bundan saxlanma xərcləri üzrə 1 milyon 620 min 90 manat, subsidiyaların ödənişi üzrə 25 milyon 412 min 793 manat təşkil edib. Audit Sübutlarına uyğun olaraq aşağıdakı nöqsanlar aşkar edilib:
1 - Audit zaman 2021-2022-ci illərdə subsidya verilməsi məqsədilə ayrılmış vəsaitin 57,2 fazinin əsassız xərclənməsi müəyyən olunub. Bütün bunlar NMR-da subsidiya sisteminin düzgün qurulmadığına, uzun müddət nəzarət mexanizminin tətbiq edilməməsi səbəbindən həmin fəaliyyət üzrə yüksək risklərin yaranmasına şərait yaradıb.
2- Aqrar sahədə subsidiya üzrə Azərbaycan Respublikası Prezidentinin Fərmanları düzgün tətbiq edilməyib. Belə ki, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il 759 nömrəli Fərmanını və Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək "Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin" NMR-da tətbiqi həyata keçirilməmiş, Nazirlikdə müvafiq işçi qrupu yaradılmamış, kütləvi informasiya vasitələrində məlumat dərc olunmamış, kənd təsərrüfatı istehsalçıları üzrə monitorinq və qiymətləndirmə aparılmamış,
- “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 3.2-ci bəndinin ləğv edilməsinə baxmayaraq, həmin bənd NMR-da tətbiq edilmiş, ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun 70 faizi əkin subsidiyası hesabına, 30 faizi isə torpaq mülkiyyətçisi tərəfindən ödənilməsi mexanizmi köhnə qaydada davam etdirilmişdir.
- Aparılmış yaz əkinlərinə görə kənd təsərrüfatı istehsalçılarına subsidiya verilmədiyi halda vəsait avans kimi köçürülmüş və ilin sonunda qalan vəsait büdcəyə qaytarılmamışdır. Belə ki, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il 759 nömrəli Fərmanını və Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək "Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin" NMR-da tətbiqi həyata keçirilməmiş, Nazirlikdə müvafiq işçi qrupu yaradılmamış, kütləvi informasiya vasitələrində məlumat dərc olunmamış, kənd təsərrüfatı istehsalçıları üzrə monitorinq və qiymətləndirmə aparılmamış,
- “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 3.2-ci bəndinin ləğv edilməsinə baxmayaraq, həmin bənd NMR-da tətbiq edilmiş, ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun 70 faizi əkin subsidiyası hesabına, 30 faizi isə torpaq mülkiyyətçisi tərəfindən ödənilməsi mexanizmi köhnə qaydada davam etdirilmişdir.
- Aparılmış yaz əkinlərinə görə kənd təsərrüfatı istehsalçılarına subsidiya verilmədiyi halda vəsait avans kimi köçürülmüş və ilin sonunda qalan vəsait büdcəyə qaytarılmamışdır. Belə ki, 2021-ci ildə NMR-da 17294,63 hektar sahədə aparılmış yaz əkinləri üçün hesablanmış əkin subsidiyasından gübrənin alınması üçün nəzərdə tutulmuş məbləğin 70%-i gübrə istehsalçılarına verilməmişdir.
- 2021-ci ildə subsidiya üzrə vəsaitdən 2041200,0 manat vəsait NMR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kapital Bank" ASC-nin Naxçıvan filialında açdığı hesablaşma hesabında saxlanmış, növbəti ilin subsidyalarının verilməsində istifadə edilmişdir.
- Rayon komissiyaları və yerlərdə aparılan araşdırma zamanı bir sıra nöqsanların aşkar olunduğu müəyyən edilmişdir. Belə ki, subsidiyanın hesablanması və ödənilməsində;
- icarə müqavilələrinin bağlanmaması;
- müqavilələrdə tərəflərin imzalarının olmaması;
- icarə müqavilələrinin təsdiq edilməməsi və ya sonradan təsdiq edilməsi;
- əkin subsidiyasının verilməsinə əsas verən torpaq sahələrinin təsdiqedici sənədlərdə göstərilən hektarlarla uyğun olmaması;
- subsidiyanın verilməsi üçün digər təsdiqedici sənədlərin olmaması;
- adlarına subsidiya rəsmiləşdirilmiş vətəndaşlara subsidiyanın ödənilmədiyi və bu barədə vətəndaşların xəbərsiz olması halları müəyyən edilmişdir.
Meyvə bağlarına subsidiyaların hesablanması zamanı ən yüksək əmsal tətbiq edilməklə bütün bağlar yeni və intensiv meyvə bağları kimi rəsmiləşdirilmiş, rayon komissiyaları tərəfindən təsdiq edilən adlı siyahılarda meyvə bağları növlərinə görə fərqləndirilməmiş, əkilməyən və ya mövcud olmayan əkin sahələrinə, meyvə bağlarına, üzüm bağlarına, tinglərə, toxumlara və dövlət dəstəyinin digər növlərinə (arı ailələri, süni mayalanma ilə doğulan buzovlar və s.) görə subsidiyanın verilməsi rəsmiləşdirilmişdir ki, bu da digər sahələrdə olduğu kimi dövlət vəsaitlərinin qeyri-qanuni istifadəsinə şərait yaratmışdır.
- Texnikanın güzəştli şərtlərlə satışı zamanı nöqsanlara yol verilmişdir belə ki, “Aqrolizinq" ASC tərəfindən "Naxçıvan Aqrolizinq" ASC-yə əvəzsiz verilən traktor və kotanların satışı zamanı büdcə vəsaiti hesabına "Naxçıvan Aqrolizinq" ASC-yə əsassız olaraq 40 % güzəşt üzrə 58800,0 manat subsidiya köçürülmüş, texnikaların güzəştli şərtlərlə satışı zamanı alıcıların maliyyə vəziyyəti və digər istiqamətlərdə risklər araşdırılmamışdır.
- Un subsidiyasının verilməsi üzrə rəqabət mühiti təmin edilməmişdir belə ki, subsidiya üzrə 2021-ci ildə icra edilmiş 18 milyon 474 min 308,34 manat, 2022-ci ildə icra edilmiş 6 milyon 938 min 485,19 manat vəsait NMR-nın Kənd Təsərrüfatı Nazirliyinin maliyyə hesabatlarında əksini tapmamış;
- NMR-nın Kənd Təsərrüfatı Nazirliyinin "Araz" Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə Təsərrüfatı tərəfindən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq pul vəsaitinin dövriyyəsi nağd qaydada həyata keçirilmiş, mühasibat uçotu aparılmamış, hesabat tərtib edilməmişdr.
Hesablama Palatasının Kollegiyası tərəfindən qəbul edilmiş qərarda NMR Kənd Təsərrüfatı Nazirliyində aparılan yoxlamanın nəticələri barədə məlumat müvafiq qurumlara göndərilməsi təmin edilmişdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 3 saat sonra
-
9 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























