Azərbaycan quşçuluq sahəsində Macarıstan təcrübəsini öyrənəcək - RAZILAŞMA
Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Macarıstanın kənd təsərrüfatı naziri İstvan Nagyinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, qonaqları salamlayan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib.
Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Ölkəmiz iki dövlət arasında bütün sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində təşəbbüsləri dəstəkləyir. Nazir Məcnun Məmmədov Azərbaycanda etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladaraq macar sahibkarları Azərbaycanda investisiya imkanlarını dəyərləndirməyə çağırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən İstvan Nagy Macarıstanın Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. Macar sahibkarlarının Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını deyən İstvan Nagy bu istiqamətdə təşviq tədbirlərinin görüləcəyini vurğulayıb.
Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Azərbaycan və Macarıstanın kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıblar. Bildirilib ki, kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı Azərbaycanla Macarıstanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının əsas istiqamətləri ola bilər.
Tərəflər azərbaycanlı gənc mütəxəssislərin Macarıstanda mövcud təcrübə proqramlarına cəlb edilməsi, heyvandarlıq (embrion transferi) sahəsində əməkdaşlığın davam etdirilməsi, quşçuluq sahəsində Macarıstan təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlığa başlanılması ilə bağlı razılığa gəliblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 d. əvvəl
Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur
- 5 d. əvvəl
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
12 d. əvvəl
Gözəllik xidmətləri göstərən şəxslər 5 il sadələşdirilmiş vergi ödəyicisi olacaqlar
-
13 d. əvvəl
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
- 16 d. əvvəl
- 17 d. əvvəl
-
20 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Ərdoğanın Azərbaycana gələcəyi bildirilir
Gözəllik xidmətləri göstərən şəxslər 5 il sadələşdirilmiş vergi ödəyicisi olacaqlar
Ən çox oxunanlar
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir, 5 il müddətinə 90%-lik güzəşt mexanizmi olacaq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Sosial müavinətlər artırılacaq
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır

























