Azərbaycan Səudiyyə Ərəbistanı ilə energetika sahəsində Əməkdaşlıq Sazişi imzalayıb
Saziş neft, neft-kimya, təbii qaz, elektrik enerjisi, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində, həmçinin karbonun tutulması, təkrar istifadəsi, ötürülməsi, saxlanması, rəqəmsal transformasiya və innovasiyaların təşviqi istiqamətlərində əməkdaşlığı əhatə edir. Sənədə əsasən, energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün İşçi Qrupunun yaradılması nəzərdə tutulur.Ər-Riyadda energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səud arasında görüş olub.
Energetika Nazirliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, görüşdə ölkələrimiz arasında “OPEC plus”, müvafiq nazirliklər arasında Birgə Texniki Komitə çərçivəsində əlaqələrin inkişafı, bərpa olunan enerji və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Prioritet istiqamətlər üzrə əməkdaşlıq potensialı və təkliflərinə dair müzakirələr geniş tərkibdə davam etdirilib. Bərpa olunan enerji, enerji səmərəliliyi, hidrogen sahələrində nazirliklər, neft-qaz, neft-kimya sektorlarında SABIC ilə SOCAR arasında birgə əməkdaşlıq perspektivləri və investisiya imkanları nəzərdən keçirilib. Yüksəksəviyyəli dövlətlərarası münasibətlərin enerji tərəfdaşlığının dərinləşdirilməsi üçün təməl yaratdığı bildirilib.
Energetika naziri Pərviz Şahbazov deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın mühüm tərəfdaşı və qardaş ölkədir. Qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərimizin hərtərəfli inkişafına Azərbaycan Prezidenti böyük əhəmiyyət verir. Bildirilib ki, "Xızı-Abşeron" KES, həmçinin quruda və dənizdə ümumi gücü 2.5 QVt olan külək enerji layihələri və enerji saxlanc sistemlərinin inkişafı üzrə Səudiyyə Ərəbistanın şirkəti ilə əməkdaşlıq münasibətlərimizdə yeni səhifə açıb. Bu layihələrin istismara verilməsi, enerji sahəsində əməkdaşlıq Sazişinin imzalanması ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, enerji tərəfdaşlığımızın çoxşaxəliliyinə töhfə verəcəkdir.
Energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səud Azərbaycanı dost ölkə adlandıraraq “OPEC plus” formatı çərçivəsində uğurlu iş birliyinin ikitərəfli əsasda inkişafına, o cümlədən birgə yaşıl enerji layihələrinə dəstəyini ifadə edib.
Görüşdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında energetika sahəsində Əməkdaşlıq Sazişi” imzalanıb. Saziş neft, neft-kimya, təbii qaz, elektrik enerjisi, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində, həmçinin karbonun tutulması, təkrar istifadəsi, ötürülməsi, saxlanması, rəqəmsal transformasiya və innovasiyaların təşviqi istiqamətlərində əməkdaşlığı əhatə edir. Sənədə əsasən, energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün İşçi Qrupunun yaradılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 d. əvvəl
Lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur
- 5 d. əvvəl
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
12 d. əvvəl
Gözəllik xidmətləri göstərən şəxslər 5 il sadələşdirilmiş vergi ödəyicisi olacaqlar
-
13 d. əvvəl
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
- 16 d. əvvəl
- 17 d. əvvəl
-
20 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Ərdoğanın Azərbaycana gələcəyi bildirilir
Gözəllik xidmətləri göstərən şəxslər 5 il sadələşdirilmiş vergi ödəyicisi olacaqlar
Ən çox oxunanlar
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir, 5 il müddətinə 90%-lik güzəşt mexanizmi olacaq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Sosial müavinətlər artırılacaq
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır



























