"Azərbaycan və Ermənistan gələn həftə sülh sazişi imzalaya bilər"
Azərbaycan və Ermənistan gələn həftə Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya bilər.
“Reuters“ xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə açıqlamasında deyib.
“Biz ümid edirik ki, 1 iyunda Kişinyovda nəhayət sülh sazişi imzalana bilər. Bu itirilməməli olan tarixi an və impulsdur”, - səfir qeyd edib.
Xatırladaq ki, 47 dövlət və hökumət başçısının iştirakı ilə iyunun 1-də keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə yüksək səviyyəli görüşlər keçirilməsi planlaşdırılır.
Paşinyanın fraksiyası: Azərbaycanla mümkün sülh müqaviləsinin ratifikasiyası uzun sürəcək
Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinin ratifikasiyası uzunsürən proses olacaq.
Bunu Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Vladimir Vardanyan parlamentdə keçirdiyi brifinq zamanı bildirib.
Vardanyan qeyd edib ki, rəsmi İrəvanla Bakı arasında sülh sazişinin mətninin razılaşdırılması prosesi davam edir və bütövlükdə bu prosesi müsbət qiymətləndirmək olar. Müqavilənin imzalanması prosesinə toxunan erməni deputat deyib: “Müqavilə hökumət tərəfindən təsdiqlənməli, sonra Konstitusiya Məhkəməsi müqavilənin Ermənistanın ali qanununa (red. – konstitusiyaya) uyğunluğunu yoxlamalı, bunun ardınca sənəd parlamentdə ratifikasiya olunmalıdır ki, ən sonda prezident onu imzalayacaq”, - Vardanyan vurğulayıb.
O həmçinin əlavə edib ki, Azərbaycanda da eyni proses həyata keçirilməlidir və bütün bunlardan sonra müqavilə qüvvəyə minəcək.
© APA
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 4 d. əvvəl
- 5 d. əvvəl
-
8 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 9 d. əvvəl
-
10 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 22 d. əvvəl
-
24 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
41 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
45 d. əvvəl
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır



























