Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

JAECOO Böyük Britaniyada tarix yazdı — üç zirvəni birləşdirən marşrutda yeni dünya rekordu

JAECOO 7 dünya rekordu qırdı – 100 kilometrə cəmi 4,11 litr yanacaq sərf etdi. 756 kilometr yol, 4,11 litr orta yanacaq sərfiyyatı – JAECOO Ginnesin Rekordlar Kitabına düşdü.
AzVak-mobil_resmin_ustu_31
JAECOO Böyük Britaniyada tarix yazdı — üç zirvəni birləşdirən marşrutda yeni dünya rekordu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

JAECOO 7 SHS-P Böyük Britaniyanın “National Three Peaks Challenge” sınağında 756 kilometrlik marşrutu hər 100 kilometrə orta hesabla 4,11 litr yanacaq sərf etməklə tamamlayıb. Guinness World Records bu nəticəni həmin marşrutu qət edən, şəbəkədən şarj olunan hibrid SUV-lər (PHEV) arasında ən aşağı yanacaq sərfiyyatı üzrə dünya rekordu kimi rəsmən təsdiqləyib.

2026-cı il sentyabrın 19–20-də keçirilən sınağın marşrutu Şotlandiya, İngiltərə və Uelsin ən yüksək dağ zirvələrini birləşdirib. Güclü yağış və külək şəraitində magistral yollardan, kənd yollarından və dolanbac dağ yollarından keçən JAECOO 7 SHS-P bu yürüşdə hibrid sisteminin enerji səmərəliliyini nümayiş etdirib.

Reklam_3_11

Sınaqda xüsusi texniki dəyişiklik edilməmiş seriya istehsalı avtomobildən istifadə olunub. JAECOO 7 SHS-P-nin yanacaq doldurma və şarj girişləri Britaniyanın RAC təşkilatının iştirakı ilə möhürlənib. Yürüş məlumatları isə Webfleet platforması vasitəsilə qeydə alınıb.

Bu rekord OMODA & JAECOO-nun SHS (Super Hybrid System) texnologiyası ilə Böyük Britaniyada əldə etdiyi növbəti nəticədir. 2026-cı ilin iyununda JAECOO 7 SHS-P UTAC Millbrook sınaq mərkəzində tam yanacaq çəni və tam şarj edilmiş batareya ilə 1333 kilometr məsafə qət edib. Bu nəticə modelin rəsmi WLTP yürüş göstəricisini 11,14% üstələyib.

JAECOO 7 Böyük Britaniyanın yeni avtomobil bazarında da ön sıralarda yer alıb. Böyük Britaniya Avtomobil İstehsalçıları və Ticarətçiləri Assosiasiyasının (SMMT) məlumatına görə, JAECOO 7 həm sentyabrda, həm də oktyabrda ölkənin ən çox satılan yeni avtomobili olub. 2026-cı ilin ilk on ayında 42 885 qeydiyyatla model ölkə üzrə ikinci yeri tutub.

Üç il ərzində bir milyon avtomobil satan OMODA & JAECOO dünyanın 79 bazarında təmsil olunur. Brend yüksək performansı, enerji səmərəliliyini və komfortu bir araya gətirən mühəndislik həlləri ilə beynəlxalq avtomobil bazarında mövqeyini gücləndirməyə davam edir.

OMODA & JAECOO-nun Azərbaycandakı rəsmi distribyutoru IMOTORS MMC avtomobillərin rəsmi satışını həyata keçirir, 7 il və ya 200 000 kilometr rəsmi zəmanət və satışdan sonra rəsmi servis xidməti təqdim edir.

Ünvan — Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 57C (Port Baku yaxınlığı)
Vebsayt — www.omodajaecoo.az
Əlaqə — *8887

Qeyd. Yanacaq sərfiyyatı və yürüş məsafəsi üzrə göstərilən nəticələr xüsusi sınaqlarda əldə olunub. Faktiki göstəricilər istifadə şəraitindən asılı olaraq dəyişə bilər.

JAECOO JAECOO 7 JAECOO 7 SHS-P JAECOO 7 dünya rekordu JAECOO Ginnes rekordu JAECOO 7 yanacaq sərfiyyatı JAECOO 100 kilometrə 4 11 litr JAECOO 7 1333 kilometr yürüş məsafəsi JAECOO Super Hybrid System JAECOO SHS texnologiyası JAECOO 7 PHEV JAECOO Azərbaycan JAECOO 7 Azərbaycan qiyməti JAECOO Bakı satış JAECOO rəsmi distribütoru IMOTORS MMC OMODA JAECOO Azərbaycan şəbəkədən şarj olunan hibrid avtomobillər qənaətcil hibrid SUV modelləri az yanacaq sərf edən avtomobillər Çin hibrid avtomobilləri Guinness World Records JAECOO National Three Peaks Challenge JAECOO Böyük Britaniya satışları JAECOO 7 il zəmanət JAECOO 200 min kilometr zəmanət JAECOO rəsmi servis JAECOO 7 texniki göstəriciləri hibrid avtomobillərin yanacaq sərfiyyatı JAECOO 2026 Azərbaycanda hibrid avtomobil satışı.
27.11.2026 07:36
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19