"Ağacların sayını daha da artıracağam. Gəlirli meyvədir"
Ağstafa rayonunda bir müddətdir ki, alçanın bağlardan yığımına başlanılıb. Havalar yağıntılı keçdiyindən yazın əvvəlindən alça ağacları da yaxşı məhsul verib. Amma bu, bol məhsul götürmək üçün kifayət etmir. Alça ağaclarından istənilən nəticəni əldə etmək üçün düzgün aqrotexniki qulluq vacib şərtlərdəndir.
Ağstafanın Qarahəsənli kəndində 5 il əvvəl “Naxçıvan göycəsi” sortundan olan alça bağı salmış fermerlər Süleyman və Məhəmməd Babayev qardaşları bu il yaxşı məhsul əldə ediblər. Meyvənin satışını həyata keçirən fermerlər alıcının da kifayət qədər olduğunu deyirlər.
“Mənim bağımda hazırda 40-50 ağac var, hər ağacda da 50 kiloqram məhsul. Təzə bağ da salmışam. Ağacların sayını daha da artıracağam. Gəlirli meyvədir, satıb xeyrini görə bilirsən. Yaxşı olardı ki, gəlib bağdan alardılar. Belə olsa, işimizi dayandırıb, bazarlara məhsul aparmazdıq”, - deyə fermer Süleyman Babayev bildirib.
Hazırda qiymətlər nisbətən aşağı düşsə də, pis deyil. Göycə alçasının yerli bazarda bir kiloqramının qiyməti 2 manatdır. Faraş olduqda isə bu qiymət 2-3 dəfə baha olur.
Məhəmməd Babayev də uzun illərdir bağçılıqla məşğuldur. O da növbəti illərdə alça ağaclarının sayını artırmağı düşünür: “Bu sahəyə böyük marağımız var. Qardaşımla birgə alça bağı salmışıq. Bağımızın sahəsi böyüyəndən sonra bu meyvənin xaricə satışını həyata keçirməyi planlaşdırırıq”.
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorundan bildirilib ki, hazırda rayon ərazisində alça elə də geniş sahələrdə becərilmədiyindən xaricə ixracı həyata keçirilmir. Satışa gəldikdə, bunu fermer özü müəyyən edir. Bazarlarda müştərisini tapan fermer daha sonra satışı elə bağdan da gerçəkləşdirə bilir.
Yaşıl alçanın faydalı xüsusiyyətləri çoxdur. Bu meyvə vitaminlərlə zəngindir. Göycə bədəndə təzə qan yaratmaqla yanaşı, hipertoniya, qan azlığı olanlara da faydalıdır. Susuzluğu tez yatırır və iştahaçıcı hesab edilir. Bununla yanaşı, alçanın çoxlu miqdarda qəbulu diş emalına mənfi təsir edə, mədədə ağırlıq, köp və digər xoşagəlməz hallara səbəb ola bilər. Odur ki, hər qidada olduğu kimi, göycəni də qədərində qəbul etmək lazımdır.

© Azərtac
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
15 d. sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
16 d. əvvəl
Zeekr 001 yenilənir – 496 at gücü və 8 dəqiqəyə sürətli enerji doldurma imkanı
- 25 d. əvvəl
-
37 d. əvvəl
“Toyota”nın avtomobil satışları düşüb, gəlir və avtomobil satışı proqnozlarını azaldıb
-
39 d. əvvəl
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
-
45 d. əvvəl
“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
- 54 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
Ən çox oxunanlar
Qızıl bahalaşır – 1 unsiyasının qiyməti 4130 dolları keçib
Xalq Bank ağacəkmə aksiyasında iştirak edib ®
Azərbaycan neftinin qiyməti düşüb
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI























