970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

SOCAR ABŞ-nin qaz yataqlarında pay sahibi oldu – 1,65 milyard dollarlıq müqavilə

SOCAR Amerikanın “Comstock” şirkətindən 1,65 milyard dollarlıq aktivlər aldı. SOCAR ilə “Comstock” şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb
AzVak-mobil_resmin_ustu_31
SOCAR ABŞ-nin qaz yataqlarında pay sahibi oldu – 1,65 milyard dollarlıq müqavilə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

4 noyabr 2026-cı il tarixində SOCAR ilə “Comstock” şirkəti arasında “Legacy Haynesville” layihəsi üzrə “upstream” aktivlərindəki iştirak payının 20 faizinin, “Western Haynesville” layihəsi üzrə “upstream” aktivlərindəki iştirak payının 15 faizinin, eləcə də “Pinnacle Gas Services LLC”də “Comstock”a məxsus 73 faizlik iştirak payının 15 faizinin əməliyyatların idarə edilməsində iştirak hüququ olmadan SOCAR tərəfindən alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb.

Marja xəbər verir ki, müqaviləyə əsasən, sövdələşmənin ümumi dəyəri, alış qiymətinə standart düzəlişlərin tətbiqi şərtilə 1,65 milyard ABŞ dolları təşkil edir. 

SOCAR-ın “Western Haynesville” layihəsi üzrə kəşfiyyat və hasilat aktivlərindəki iştirak payı beş il keçdikdən və SOCAR həmin aktivlərə yatırdığı investisiyadan 15 faiz gəlirlilik əldə etdikdən sonra 7,5 faizə endiriləcək.

Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyən edilib. 

Sövdələşmənin yekunlaşması üçün müvafiq dövlət qurumlarından razılıqların alınması və qanunvericiliyə uyğun digər hüquqi prosedurların icrası həyata keçirilir.

 

SOCAR Comstock SOCAR ABŞ investisiyası SOCAR Comstock müqaviləsi 1 65 milyard dollar Legacy Haynesville Western Haynesville Pinnacle Gas Services LLC ABŞ qaz yataqları neft-qaz aktivləri upstream enerji sektorunda satınalma SOCAR xarici investisiyaları Azərbaycan Dövlət Neft Şirkəti.
05.11.2026 08:59
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19