Səudiyyə Ərəbistanının qərarı ilə neftin qiyməti 100 dollara yüksələ bilər
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı iyul ayında neft hasilatını əlavə 1 milyon barel azaldacağını açıqlayıb. Marja xəbər verir ki, bunu Vyanada Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl-Səud OPEC-in toplantısında bildirib.
Analitiklərin sözlərinə görə, bu qərar ilin sonuna qədər Brent neftinin bir barelini 100 dollara çatdıracaq.
"Səudiyyə iyul ayından əlavə hasilatı azaldacağını vəd etdiyi üçün xam neft tədarükündəki qlobal çatışmazlıq (qıtlıq) üçüncü rübdə dərinləşəcək" , - deyə analitiklər bildiriblər.
Səudiyyə Energetika Nazirliyinin bazar günü neft hasilatının may ayındakı gündəlik 10 milyon bareldən iyulda 9 milyon barrelə düşəcəyini bildirməsi ilə bazar ertəsi neft qiymətləri yüksəlib. Brent neftinin qyimti yenidən 77 dolları keçib.
Səudiyyə Ərəbistanının vəd etdiyi könüllü ixtisar, Neft İxrac Edən Ölkələr Təşkilatı və onların müttəfiqlərinin (Rusiya da daxil olmaqla) 2024-cü ilin sonuna qədər uzatdıqları ixtisardan əlavədir.
"OPEC plus" qrupu neft qiymətlərini yüksəltməyə çalışır.
"Brent 100 dollar/barelə yüksələ bilər, çünki Səudiyyə Ərəbistanı hasilatını azaldır"- RBC-nın analitikləri bildirir.
Analitik Vivek Dhar, "Səudiyyə Ərəbistanı hasilatı azaltmaqla neft qiymətlərini çox aşağı düşmədən qoruduğuna görə, neft bazarlarının bu ilin sonunda kəsirə daha çox meylli olduğunu düşünürük" deyib.
"Biz hesab edirik ki, Çində tələbin cüzi bərpası ilə belə, Brent fyuçersləri 2023-cü ilin 4-cü rübünə qədər 85 dollar/barelə yüksələcək".
Qlobal investisiya bankı "Goldman Sachs"ın analitikləri 2023-cü ilin dekabrında neftin qiymətinin 95 dollar/barel təşkil edəcəyini gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
39 d. sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
13 d. əvvəl
“Toyota”nın avtomobil satışları düşüb, gəlir və avtomobil satışı proqnozlarını azaldıb
-
15 d. əvvəl
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
-
21 d. əvvəl
“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
- 30 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
Qızıl bahalaşır – 1 unsiyasının qiyməti 4130 dolları keçib
Xalq Bank ağacəkmə aksiyasında iştirak edib ®
Ən çox oxunanlar
Azərbaycan neftinin qiyməti düşüb
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI




























