"Toba" velosiped mağazasının təntənəli açılışı oldu - FOTO/VIDEO
3 iyun - Dünya Velosiped Günündə Azərbaycan Milli Velosiped brendi olan “Toba”nın ilk mağazasının təntənəli açılış mərasimi baş tutub.
“Toba” velosipedləri 2021-ci ildən etibarən İsmayıllı velosiped zavodunda istehsal olunur. 60-dan çox velosiped çeşidi olan “Toba” brendi 2 yaşdan yuxarı bütün yaş qrupları üçün nəzərdə tutulub.
Zavodda 40-dan çox yerli sakin işlə təmin olunub. Bunlardan əlavə işçilərin əksəriyyəti əlillik dərəcəsi olan insanlardır. Məqsəd region əhalisini işlə təmin etmək, Azərbaycan brendini inkişaf etdirmək və gələcəkdə milli brendi xaricə ixrac etməkdir.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped Federasiyasının, Respublika Olimpiya Ehtiyat Gənclər Velosiped Məktəbinin nümayəndələri, yığma komandanın üzvləri, peşəkar və həvəskar idmançılar iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının himninin səsləndirilməsi və Azərbaycan Respublikasının fəxri, Milli Qəhrəman, canlı əfsanə olan Asif Həziyevin nitqi ilə açıq elan olunub.
Rahib Məmmədov 178 ünvanında yerləşən, müasir üslubda dizayn edilmiş “Toba” velosiped mağazasında hər yaş kateqoriyasına uyğun velosipedlər və velosiped aksesuarları əldə etmək mümkündür. “Toba” modellərinin qiymətləri 80 - 4500 manat aralığında dəyişir. Mağazada, həmçinin 8000 AZN, 10000 AZN, 16000 AZN məbləğlərində professional yarış velosipedləri də mövcuddur.
Açılış mərasimində müxtəlif konkurs və yarışlar keçirilib, qonaqlara isə hədiyyələr təqdim edilib.
“Toba” brendinin milli adlarla adlandırılmış modelləri, “Toba Qarabağ”, “Toba Zəfər”, “Toba Tufan”, “Toba Gilavar”, “Toba Dərviş”, “Toba Diamond”, “Toba Şahdağ”, “Toba Aurum” və s. modellərinin təqdimatı da baş tutdu.
Velosiped modellərini və aksesuarlarını həm kreditlə, həm də taksit kartları ilə əldə etmək mümkündür.
Həmçinin, mağazada servis xidməti də fəaliyyət göstərir.
Ətraflı məlumat üçün əlaqə: *4044
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
53 d. sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
7 d. əvvəl
“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
- 16 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR ABŞ-nin qaz yataqlarında pay sahibi oldu – 1,65 milyard dollarlıq müqavilə
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qızıl bahalaşır – 1 unsiyasının qiyməti 4130 dolları keçib
Azərbaycan neftinin qiyməti düşüb
Ən çox oxunanlar
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
Rəsmi məzənnələr açıqlandı
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
İldə 4 ton şərab istehsal edən ailə təsərrüfatına dəstək göstərilib - “Mistika”nın istehsalı genişləndiriləcək





























