Səhiyyə Nazirliyinin “Elektron Resept”i istifadəyə verilib
Səhiyyə Nazirliyinin rəsmi internet portalında “Elektron Resept” linki istifadəyə verilib
Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Elektron Resept” sistemi ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan sehiyye.gov.az portalında xüsusi link yaradılıb.
Linkdə pasiyentlər və həkimlər üçün “Elektron Resept” sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə “Elektron Resept”dən yararlanma qaydaları ilə tanış ola bilərlər.
Eyni zamanda, linkdə yerləşdirilən QR kodlar vasitəsi ilə mobil cihazlardan istifadə edərək “Elektron Resept” sisteminə daxil olmaq mümkündür.
Linkin istifadəyə verilməsində əsas məqsəd “Elektron Resept” sistemi barədə pasiyent və həkimlər arasında məlumatlılığın təmin edilməsi, sistemin istifadəsinin optimallığının artırılması və bu sahədə məmnunluğun təmin edilməsidir.
Sistemin istifadəsi ilə bağlı hər hansı sual yaranarsa Səhiyyə Nazirliyinin Çağrı Mərkəzi ilə (tel: (012) 596 07 12) əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 10 saat sonra
-
3 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















