Minimum 3 işçi tələbindən sonra yanvarda əmək müqavilələrindəki artım açıqlandı
Yanvarda qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 6,5 mindən çox artıb.Bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 414,1 min vahid artıb və 2024-cü ilin fevral ayının 1-nə 1 milyon 816 min 8 olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 364 min 533 artaraq 904 min 455-ə çatıb.
Bu barədə Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu artım İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir.
Xatırladaq ki, Dövlət Vergi Xidmətinin Yanvar ayının 12-də yaydığı məlumatda bildirilirdi ki, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 406,9 min vahid artmış və 2024-cü il yanvar ayının 1-nə 1 milyon 808,8 min olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 358 min artaraq 897,9 minə çatıb.
Qeyd edək ki, bu ilin yanvar ayından bir çox mikro sahibkar və şirkət Vergilər Məcəlləsinə edilmiş dəyişikliklər ilə vergi güzəştlərindən istifadə etmək üçün minimum 3 işçi rəsmiləşdirməli olublar.
Dövlət sosial sığorta haqları üzrə yığım 60 milyon manata yaxın artıb
2024-cü ilin yanvar ayı ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 397,6 milyon manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz və ya 58,7 milyon manat artıb.
Qeyd edilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz artaraq 285,2 milyon manatdan çox olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 13,6 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,2 faiz artıb və 11,4 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar ayı ilə müqayisədə 19,6 faiz artaraq 72 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18 faiz artıb və 56,4 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 21 saat sonra
-
6 d. əvvəl
Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb
-
52 d. əvvəl
Azərbaycanda ən çox istifadə olunan 10 toxum sortundan 3-ü “Agro Dairy” şirkətinə məxsusdur
-
57 d. əvvəl
Sahibkardan rüşvət almaqda şübhəli bilinən vergi müfəttişi həbs edildi
-
1 saat əvvəl
Nizami City-də təmirli mənzil kampaniyası başladı: Məhdud sayda mənzil ®
-
1 saat əvvəl
Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycanda ən çox istifadə olunan 10 toxum sortundan 3-ü “Agro Dairy” şirkətinə məxsusdur
Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
Ən çox oxunanlar
Azərbaycanda “Quşçuluq qrupu” fəaliyyətə başlayıb
Azərbaycan neftinin son qiyməti
Avstraliya faiz dərəcəsini son 18 ilin ən yüksək səviyyəsinə qaldırdı – İnflyasiya ilə mübarizə sərtləşir
ABŞ-dan Avropaya mayeləşdirilmiş qaz ixracı kəskin artdı – Qiymətlər son illərin ən yüksək səviyyəsində
Rəsmi məzənnələr açıqlandı






















