Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib

Mərkəzi Bank “Mobile Payment Solutions” şirkətində qanun pozuntuları aşkarladı – Məcburi göstərişlər verildi
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) “Mobile Payment Solutions” MMC-də (“Portmanat” brendi) apardığı yoxlama zamanı qanunvericiliyin və normativ aktların tələblərinin pozulması hallarını aşkarlayıb.

Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, şirkətdə həyata keçirilən yerində yoxlama zamanı bir sıra qanunvericilik və normativ aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub.

Aşkarlanmış pozuntularla əlaqədar “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən “Mobile Payment Solutions” MMC-yə təshih tədbirləri tətbiq edilib.

Mərkəzi Bank şirkətə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verib.

Rəsmi məlumatda pozuntuların konkret mahiyyəti, sayı və onların aradan qaldırılması üçün müəyyən edilmiş müddət açıqlanmayıb. Şirkətə maliyyə sanksiyasının tətbiq olunması barədə də məlumat verilməyib.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Mobile Payment Solutions” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində aşkar edilmiş bir sıra qanunvericilik və normativ aktların tələblərinin pozulması halları ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələrinə əsasən çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verilmişdir", - Mərkəzi abnkın məlumatında deyilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Mobile Payment Solutions Azərbaycan Mərkəzi Bankı AMB Mobile Payment Solutions yoxlama ödəniş təşkilatları ödəniş xidmətləri qanun pozuntuları təshih tədbirləri Mərkəzi Bankın məcburi göstərişləri ödəniş sistemlərinə nəzarət maliyyə sektoru fintex şirkətləri
03.11.2026 10:45
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19