Avropa turistdən bezib?
Avropanın ən çox turist cəlb edən şəhərləri Venesiya və Barselonada turizm əleyhinə etirazlar keçirilir.
"Marja" xəbər verir ki, yerli əhalinin artan turist sayının yaratdığı sıxlıq, maddi ziyan və yüksələn icarələrə diqqət çəkmək üçün keçirdikləri "anti-turizm" yürüşləri Dubrovnik və Roma kimi populyar turizm məntəqələrinə də yayılmağa davam edir.
NƏ QƏDƏR TURİST CƏLB EDİRLƏR?
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) son məlumatlarına görə, Avropa şəhərlərinə gələn turistlərin sayı bu ilin Yanvar-Aprel ayında 6 faiz artmışdır və gələcək aylarda da artacağı gözlənilir.
2016-da qlobal xarici turistlərin sayı 1,23 milyarda çatıb və bunun 50%-i, yəni 615 milyona qədərini Avropa şəhərləri cəb edib.
İngiltərənin "The Guardian" qəzetinə görə, 20 milyona yaxın turist cəb edən Venesiyada yerli əhalinin sayı 55 min nəfərdir.
İspan şəhərləri bütövlükdə 75.6 milyona yaxın turist cəlb edə bilər.
Artan intensivlik Avropanın populyar şəhərlərində yaşayan əhalini bezdirib. Xüsusən, son illərdə populyar olan "Airbnb" və bənzəri portallar şəhərlərdəki icarə qiymətlərini yüksəldib və yerli əhalini evlərindən edir. Bundan əlavə, tarixi məkanların çox yüklənməsi tənqidçilərə görə, həm şəhərlərin qədimliyinə, həm də həyat standartına zərər verir.
Ötən aylarda açıq sahələrdə yemək və spirt qadağaları tətbiq edən İtaliya hökumətində son gündəm Venesiyada turist sayını məhdudlaşdırmaq planlarıdır. Əgər uğurlu olsa, gündəlik ziyarətçi sayı yaxından təqib ediləcək və limit aşıldığı an turistlərin şəhərə girişi təxirə salınacaq, ya da qarşısı alınacaq. Xorvatiyanın ən məşhur şəhəri Dubrovnikdə də yeni qaydaları pozan turistlərlə mübarizə üçün güclü maddi cərimələrr tətbiq edilməyə başlanıb.
TURİZMƏ QARŞIDILAR, YOXSA, MİLLƏTÇİLİK?
Turizm çətinliklər yaratsa da, gətirdiyi maddi qazancı çox böyükdür. 2016-cı ilin məlumatlarına görə, İspaniyanın təkcə turizm gəliri 60 milyard dollar olub.
Bəs problem nədir? Etirazların olduğu Barselonada hadisələrin şiddətlənməsinin arxasındakı güc gənc siyasi Katalonlardır. Bu da ağla, narazılığın altında yatan səbəblərin nə qədər lokal həyat standartı, nə qədər siyasi və sosial bir əcnəbi əleyhdarı olduğu suallarını gətirir.
Donald Turmp, "Brexit" deyərkən 2016-2017-ci illərdə dünyanın sağ mərkəzə dəyişdiyi danılmazdır.
Son illərdə Avropada yüksələn sağ yönümlü partiyalar seçkiylə tam hakimiyyətə gələ bilməsələr də Avropa ölkələrində çox vacib bir nufüs yaradırlar və tez-tez xarici əleyhinə çıxışlara dəstək verirlər.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























