“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” baş tutub
(®) 28, 29, 30 iyun 2024-cü il tarixində “The Ritz-Carlton Baku” otelində “PAŞA Holding”in təşkilatçılığı ilə “PASHA Hackathon 4.0” yarışı keçirildi.
Hakatonun budəfəki mövzusu “PashaPay” tərəfindən həyata keçirilə biləcək yeni ideyaları təşviq etmək idi.
Belə ki, yarışçılar 3 gün ərzində “PashaPay” tərəfindən təqdim olunan “challenge” üzərində düşünərək, şirkət üçün yeni ideyalar təqdim ediblər.
Hakatona edilən müraciətlərin ümumi sayı 2000-dən çox, seçilənlərin sayı isə 230 nəfər təşkil edib. Qeyd edək ki, hakatonun sonunda ilk dörd yeri tutan komandaya müvafiq olaraq mükafatlar verildi: 1-ci yer 6000 AZN; 2-ci yer 4000 AZN; 3-cü yer 2000 AZN; 4-cü yer 1000 AZN.
Xatırladaq ki, “PASHA Hackathon” innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. “PAŞA Holding” tərəfindən “PASHA Hackathon” artıq 4-cü ildir təşkil olunur. “Hackathon”un təşkil edilməsində məqsəd gənclər arasında innovativ düşüncə tərzini, həll yönümlülüyü təşviq etmək, eləcə də ölkədə innovativ mədəniyyətin inkişafını dəstəkləməkdir.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
5 saat əvvəl
Avtomobil nəhəngi milyardlarla avro zərərə düşdü – Zavodların bağlanması gündəmdədir
-
6 saat əvvəl
Avropa Mərkəzi Bankı faizləri dəyişmədi – Enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq





























