Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq “Solvency II” tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanması qaydası dəyişəcək.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın sığorta sektorunda “Solvency I” yanaşması tətbiq olunur və Mərkəzi Bank daha təkmil olan “Solvency II” sisteminə keçid üzərində işləyir.
“Biz indi Solvency I-dəyik, Solvency II-yə keçidlə məşğuluq. Artıq demək olar ki, növbəti aylarda bunu tətbiq edəcəyik”, – deyə Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri vurğulayıb ki, yeni sistemin tətbiqi sığorta şirkətlərinin kapital adekvatlığının qiymətləndirilməsində dəyişikliklər yaradacaq. Əsas yenilik kapital məbləğinin sadəcə artırılması deyil, tələb olunan kapitalın hesablanması metodologiyasının dəyişdirilməsidir.
“Orada kapital tələbi deyil, tələb olunan kapitalın hesablanması fərqlidir. Amma bizim sığorta sektorumuz kifayət qədər yüksək kapitala malikdir”, – deyə o qeyd edib.
Taleh Kazımov bildirib ki, Mərkəzi Bank yeni tələblərin sığorta şirkətlərinin maliyyə vəziyyətinə mümkün təsirlərini əvvəlcədən qiymətləndirib. Aparılmış simulyasiyaların nəticələrinə əsasən, “Solvency II” sisteminə keçid sığorta sektorunda kapital çatışmazlığı yaratmayacaq.
“Yeni tələbləri gətirsək də, kapital çatışmazlığı olan sığorta şirkətlərimiz, simulyasiyalar indi onu göstərir ki, yoxdur”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.
O əlavə edib ki, sığorta şirkətləri nəzərdə tutulan dəyişikliklər barədə məlumatlandırılıblar və yeni tənzimləmə çərçivəsi ilə tanışdırlar.
Mərkəzi Bank “Solvency II” sisteminin mahiyyəti, mövcud “Solvency I” yanaşmasından fərqləri və sığorta sektoruna təsirləri barədə media nümayəndələri üçün ayrıca maarifləndirici tədbir keçirməyi də planlaşdırır.
“Solvency II” sığorta şirkətlərinin maliyyə dayanıqlığının və ödəmə qabiliyyətinin risklər əsasında qiymətləndirilməsini nəzərdə tutan tənzimləmə sistemidir. Bu yanaşmada kapital tələbləri sığorta şirkətlərinin üzləşdikləri risklərin xarakteri və həcmi nəzərə alınmaqla müəyyən edilir.
Yeni sistemə keçid sığorta sektorunda kapitalın hesablanması və risklərin idarə olunması yanaşmalarının təkmilləşdirilməsi baxımından mühüm dəyişiklik hesab olunur.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 45 d. əvvəl
-
54 d. əvvəl
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
-
58 d. əvvəl
İndoneziyalı investorların diqqəti Daşkəsən dəmir filizi layihəsindədir
-
1 saat əvvəl
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq
-
1 saat əvvəl
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
-
1 saat əvvəl
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
-
1 saat əvvəl
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”
- 1 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank-ın aktivləri 79% artıb: Bank rəhbərliyi yeni hədəfləri açıqladı - MÜSAHİBƏ
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Ən çox oxunanlar
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”
Bayramov Fidanla görüşüb
AFB Bank-ın aktivləri 79% artıb: Bank rəhbərliyi yeni hədəfləri açıqladı - MÜSAHİBƏ
Özəl şirkət dövlət şirkətlərini geridə qoyub
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin mətnini dövlətçilik əleyhinə hesab edir
Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama
























