970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Xəzərin suyunun içməli suya çevrilməsi üçün 140 milyon dollar kredit təsdiqləndi

Azərbaycanda 407 milyon dollarlıq nəhəng su layihəsi
AzVak-mobil_resmin_ustu_31
Xəzərin suyunun içməli suya çevrilməsi üçün 140 milyon dollar kredit təsdiqləndi
iç səhifə xəbər şəkil altı (mobil)_32

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinin 140 milyon dollar məbləğində maliyyələşdirilməsini təsdiqləyib.

ADB-yə istinadən məlumatına görə, kredit vəsaitləri hər biri 70 milyon dollar olmaqla, iki tranşla veriləcək.

Reklam_3_11

Layihənin ümumi dəyəri 407 milyon dollar olaraq qiymətləndirilir.

Layihə çərçivəsində əks osmos texnologiyası ilə işləyən duzsuzlaşdırılma müəssisəsinin layihələndirilməsi, inşası, maliyyələşdirilməsi, istismarı və texniki xidməti planlaşdırılır. Zavodun layihə üzrə məhsuldarlığı gündəlik 300 min kubmetr su təşkil edəcək, yüksək istehlak dövrlərində isə müəssisənin gücü gündəlik 330 min kubmetrə qədər artırıla bilər.

Təşəbbüsün reallaşdırılması dövlət-özəl tərəfdaşlığı üzrə 25 illik müqavilə əsasında həyata keçirilir. Bütün duzsuzlaşdırılmış su dövlət operatoru "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nə istiqamətləndiriləcək. Bu layihə Azərbaycanın su sektorunda suyun duzsuzlaşdırılması üzrə ilk genişmiqyaslı müəssisə və dövlət-özəl tərəfdaşlığı üzrə ilk layihə olacaq. Onun əsas vəzifəsi Bakı və Abşeron yarımadasındakı yaşayış binalarının və kommersiya obyektlərinin içməli su ilə təminatının keyfiyyətini və fasiləsizliyini artırmaqdır.

Layihə ADB-nin Azərbaycanla 2025–2029-cu illər üçün Tərəfdaşlıq Strategiyası (CPS) kontekstində həyata keçirilir ki, bunun da prioritetləri sırasında ekoloji baxımdan dayanıqlı və "təmiz infrastruktur"un yaradılması yer alır.

Daha əvvəl Asiya İnfrastruktur İnvestisiya Bankı daha əvvəl Azərbaycanda suyun duzsuzlaşdırılması üzrə zavodun tikintisi üçün 45 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını artıq təsdiqləyib.

Layihənin inkişaf etdiricisi Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, baş podratçısı isə Çinin HDEC ("PowerChina" qrupuna daxil olan "Huadong Engineering Corporation") şirkətidir. HDEC-nin subpodratçısı qismində İspaniyanın "Savener" mühəndislik şirkəti artıq mühəndis-layihələndirmə işlərinin icrasına başlayıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

Asiya İnkişaf Bankı ADB Xəzər dənizi suyun duzsuzlaşdırılması içməli su istehsalı 140 milyon dollar 407 milyon dollar ACWA Power PowerChina HDEC Savener Bakı Abşeron yarımadası su təchizatı dövlət-özəl tərəfdaşlığı əks osmos texnologiyası xarici investisiya su infrastrukturu Asiya İnfrastruktur İnvestisiya Bankı su təhlükəsizliy
24.11.2026 09:03
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19