970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r

Dünya bazarında da düyü bahalaşa bilər – Hindistandan yeni addım
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən böyük düyü ixracatçısı ixraca 30% vergi tətbiq etməyə hazırlaşır – Düyü bahalaş;r
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan daxili bazarda qiymət artımının qarşısını almaq və məhsul təklifini artırmaq məqsədilə basmati növündən başqa düyü sortlarının ixracına 30% vergi tətbiq etməyi nəzərdən keçirir.

Marja.az xəbər verir ki, bu barədə Hindistanın “Financial Express” nəşri hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Reklam_3_11

Məlumata görə, hökumət ixrac vergisi ilə yanaşı, sözügedən düyü növləri üçün minimum ixrac qiymətinin müəyyənləşdirilməsi imkanını da müzakirə edir. Məhdudiyyətlərin qısamüddətli xarakter daşıyacağı gözlənilir. Hələlik yekun qərar qəbul edilməyib. 

Düyü istehsalında 7 milyon ton azalma gözlənilir

Hindistanda düyü istehsalının azalması ilə bağlı proqnozlar ixrac məhdudiyyətlərinin gündəmə gəlməsinin əsas səbəblərindəndir. El-Ninyo iqlim hadisəsinin təsiri və musson yağışlarının azalması nəticəsində 2026-cı ilin məhsul mövsümündə düyü əkini sahələri əvvəlki mövsümlə müqayisədə 4% azalaraq 42,68 milyon hektara düşüb. Xüsusilə ölkənin cənub bölgələrində yağıntıların normadan təxminən 26% az olması kənd təsərrüfatı istehsalına mənfi təsir göstərib.

Ticarət mənbələrinin proqnozlarına görə, 2026-cı ilin iyulundan 2027-ci ilin iyununadək davam edən məhsul ilində Hindistanda düyü istehsalı 147 milyon tona enə bilər. Əvvəlki mövsümdə bu göstərici rekord səviyyəyə – 154 milyon tona çatmışdı. Beləliklə, istehsalın 7 milyon ton və ya 4,5% azalacağı gözlənilir.

Düyünün qiymət artımı 12,51%-ə çatıb

Hindistanın İstehlakçı İşləri Departamentinin məlumatına əsasən, ölkədə düyünün orta pərakəndə satış qiyməti bir kiloqram üçün 48,1 rupiyə yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11% artım deməkdir. Düyü üzrə illik inflyasiya isə sentyabr ayındakı 8,27%-dən oktyabrda 12,51%-ə yüksəlib. Beləliklə, qiymət artımının tempi bir ay ərzində 4,24 faiz bəndi sürətlənib.

Qiymət artımının xüsusilə Karnataka, Telangana, Andhra Pradeş və Tamil Nadu ştatlarında daha ciddi hiss olunduğu bildirilir.

Hindistan düyüsü rəqiblərindən daha ucuzdur

Noyabrın əvvəlində beynəlxalq bazarda Hindistanın ağ düyüsünün ixrac qiyməti bir ton üçün 384–389 dollar səviyyəsində olub. Eyni dövrdə Pakistanda düyünün ixrac qiyməti 415 dollar, Taylandda 495 dollar, Vyetnamda isə 480 dollar təşkil edib. Beləliklə, Hindistan düyüsü rəqib ölkələrin məhsullarından daha ucuz təklif olunub.

Hökumətin nəzərdən keçirdiyi 30%-lik ixrac vergisi tətbiq edilərsə, Hindistan düyüsünün beynəlxalq bazarda qiymət üstünlüyü zəifləyə və digər ixracatçı ölkələrin rəqabət imkanları arta bilər. 

Düyü ixracından gəlirlər 6,81 milyard dollara çatıb

Hindistanın düyü ixracından əldə etdiyi gəlirlər 2026–2027 maliyyə ilinin aprel–oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 6,81 milyard dollara yüksəlib.

Ötən maliyyə ilinin müvafiq dövründə bu göstərici təxminən 6,51 milyard dollar olmuşdu. Beləliklə, ixrac gəlirləri təxminən 302 milyon dollar artıb. Təkcə oktyabr ayında Hindistan 1,02 milyard dollar dəyərində düyü ixrac edib. Bu, 2025-ci ilin oktyabr ayı ilə müqayisədə 18%-dən çox artım deməkdir. 

İxracatçılar hökumətdən güzəşt istəyirlər

Hindistan Düyü İxracatçıları Assosiasiyasının vitse-prezidenti Rancit Sinq Cossan bildirib ki, mümkün ixrac məhdudiyyətləri tətbiq edilərkən ixracatçıların maraqları və beynəlxalq ticarət öhdəlikləri nəzərə alınmalıdır.

O, artıq bağlanmış müqavilələrin, açılmış akkreditivlərin və qismən həyata keçirilmiş göndərişlərin yeni vergilərdən və mümkün ixrac qadağalarından azad edilməsini təklif edib.

Hindistan hökuməti daxili bazarda təklifi artırmaq üçün əlavə tədbirlər də görür. Belə ki, 2026–2027-ci illər üçün dövlət ehtiyatlarından özəl sektora açıq bazar satışları çərçivəsində təklif ediləcək düyünün həcmi iki dəfə artırılaraq 5 milyon tona çatdırılıb.

Qeyd edək ki, Hindistanın mümkün ixrac məhdudiyyətləri beynəlxalq düyü bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Bu isə idxaldan asılı olan ölkələrdə ərzaq qiymətlərinə əlavə təzyiq yarada bilər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Hindistan düyü ixracı düyü qiymətləri düyünün bahalaşması Hindistan düyü ixrac vergisi 30 faiz ixrac vergisi basmati düyüsü dünya düyü bazarı ərzaq inflyasiyası düyü istehsalı El-Ninyo Hindistan iqtisadiyyatı kənd təsərrüfatı qlobal ərzaq qiymətləri düyü idxalı düyü ixracına məhdudiyyət 2026-cı il düyü qiymətləri
23.11.2026 18:46
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar