“PRIOR LEASING”in istiqrazlarına böyük maraq – 2 milyon manata qarşı 4,3 milyon manatlıq sifariş
İnvestorlar 15%-lik istiqrazlara axışıb – Tələb təklifi 2 dəfədən çox üstələyib. 293 investor iştirak edib.“PRIOR LEASING” 2 milyon manatlıq istiqraz yerləşdirib – İnvestorların tələbi təklifi 2 dəfədən çox üstələyib
“PRIOR LEASING” ASC-nin illik 15% gəlirlilik təklif edən 2 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi başa çatıb. İstiqrazlara investorlar tərəfindən yüksək maraq göstərilib və təqdim edilən sifarişlərin ümumi həcmi emissiya məbləğini 2 dəfədən çox üstələyib.
Marja.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, 23 noyabr 2026-cı il tarixində şirkətin AZ2002019530 ISIN kodlu istiqrazlarının yerləşdirilməsi həyata keçirilib.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxılıb. İstiqrazların ümumi buraxılış həcmi 2 milyon manat təşkil edib.
Yerləşdirmə zamanı investorlar tərəfindən nominal qiymətlə ümumilikdə 4 milyon 342 min 300 manatlıq sifariş təqdim olunub. Bu, təklif edilən istiqrazların həcmindən 2 milyon 342 min 300 manat və ya 117,1% çoxdur. Başqa sözlə, istiqrazlara tələb təklifi 2,17 dəfə üstələyib.
İstiqrazlara abunə yazılışında 293 investor iştirak edib. Onlardan 286-sının sifarişləri icra olunub.
Ümumilikdə 375 sifariş təqdim edilib, bunlardan 368-i icra olunub. Nəticədə emissiyanın bütün həcmi – 2 milyon manatlıq istiqrazlar yerləşdirilib.
İnvestorlara illik 15% gəlirlilik təklif olunub
İstiqrazların illik gəlirlilik faizi 15% təşkil edir. Qiymətli kağızların minimal, maksimal, kəsmə və ortaçəkili qiyməti nominal dəyərə bərabər – 100 manat olub. İstiqrazların tədavül müddəti 24 ay müəyyən edilib. Faiz ödənişləri hər ayın 30 gün olduğu qəbul edilməklə ayda bir dəfə həyata keçiriləcək.
Nominal dəyəri 100 manat olan bir istiqraz üzrə illik faiz gəliri 15 manat, aylıq faiz gəliri isə 1,25 manat təşkil edir. Bu hesablamaya əsasən, 2 milyon manatlıq emissiya üzrə illik faiz ödənişləri 300 min manat, 24 aylıq müddətdə isə ümumilikdə 600 min manat olacaq.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter “ABB-Invest İnvestisiya Şirkəti” QSC olub.
Qeyd edək ki, Bakı Fond Birjasının Listinq Komitəsinin 16 sentyabr 2026-cı il tarixli qərarı ilə “PRIOR LEASING” ASC-nin istiqrazlarının ticarətə buraxılmasına icazə verilib. Qiymətli kağızlara abunə yazılışı sentyabrın 21-də başlayıb və noyabrın 19-da başa çatıb.
İstiqrazlar Bakı Fond Birjasının Standart Bazar Listinq seqmentinə daxil edilib.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
- 8 d. əvvəl
-
1 saat əvvəl
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
-
1 saat əvvəl
“AllAllFinance” səhmlərini satışa çıxarır – 205 min manat cəlb edəcək
-
1 saat əvvəl
XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek/bonus qazandırır ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PRIOR LEASING”in istiqrazlarına böyük maraq – 2 milyon manata qarşı 4,3 milyon manatlıq sifariş
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
İsveçrənin ABB qrupu Almaniyanın “Ziehl-Abegg” şirkətini almaq üçün saziş imzalayıb
XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek/bonus qazandırır ®
Əliyev Trampa təşəkkür edib
Ən çox oxunanlar
“PRIOR LEASING”in istiqrazlarına böyük maraq – 2 milyon manata qarşı 4,3 milyon manatlıq sifariş
Rəsmi Bakı Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad edilməməsini yüksək qiymətləndirir
İllik 15% gəlir vəd edən istiqrazlar tam yerləşdirilib – 1 milyon manatlıq yerləşdirmə
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
Azərbaycanda tikinti xərcləri 13,5% artıb – Mənzil tikintisinin maya dəyəri yüksəlir




















