Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə

Kibertəhlükəsizlik sektorunda nəhəng sövdələşmə -CrowdStrike 44 milyard dollara rəqibi Zscaler şirkətini satın alır. Zscaler-in səhmləri 15%-dən çox bahalaşıb – Səbəb 44 milyard dollarlıq satınalmadır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Süni intellektlə kiberhücumlar artır: İki texnologiya nəhəngi birləşir - Nəhəng sövdələşmə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən CrowdStrike şirkəti rəqibi Zscaler-i 43,9 milyard dollara satın almaq barədə razılığa gəlib. Süni intellektdən istifadə etməklə həyata keçirilən kiberhücumların artdığı bir dövrdə baş tutan bu sövdələşmə kibertəhlükəsizlik sektorunun tarixində ən böyük satınalma əməliyyatı kimi qiymətləndirilir.

Marja.az xəbər verir ki, satınalma tamamilə səhmlərin mübadiləsi yolu ilə həyata keçiriləcək. Razılaşmaya əsasən, Zscaler-in səhmdarları sahib olduqları hər bir səhm müqabilində CrowdStrike-ın 1,135 səhmini əldə edəcəklər. 

Sövdələşmənin CrowdStrike-ın 2028-ci maliyyə ilinin ikinci yarısında tamamlanması gözlənilir.

Razılaşmanın açıqlanmasından sonra fond bazarında şirkətlərin səhmləri fərqli istiqamətlərdə hərəkət edib. Bazar ertəsi CrowdStrike-ın səhmləri 10% ucuzlaşdığı halda, Zscaler-in səhmləri 15%-dən çox bahalaşıb.

Süni intellekt kiberhücumların miqyasını genişləndirir

CrowdStrike-ın Zscaler-i satın alması şirkətin şəbəkə təhlükəsizliyi bazarına daxil olmasını təmin edəcək. Şirkət bu addımla süni intellekt texnologiyalarının yaratdığı yeni kibertəhlükəsizlik risklərinə qarşı həllərini genişləndirməyi planlaşdırır.

CrowdStrike-ın baş icraçı direktoru Corc Kurtz bildirib ki, satınalma şirkətə kibertəhlükəsizlik sahəsində daha geniş platforma yaratmaq imkanı verəcək.

“Zscaler ilə birlikdə biz kibertəhlükəsizliyin əməliyyat sistemini qururuq: süni intellekti tətbiq etmək, ona nəzarət etmək və istənilən avtonom süni intellekt tətbiqinin təhlükəsiz fəaliyyətini təmin etmək üçün vahid idarəetmə platforması yaradırıq. Dünyanın indiyədək gördüyü ən böyük süni intellekt təhlükəsizliyi şirkətinə çevrilmək üçün imkan görürük”, – deyə o bildirib.

Son dövrlərdə Microsoft, ABŞ Federal Aviasiya Administrasiyası və JPMorgan Chase-in xidmətlərində baş verən fasilələr texnologiya sistemlərinin dayanıqlılığı ilə bağlı narahatlıqları artırıb.

Şirkətlər köhnəlmiş sistemlərini yeniləməyə və proqram təminatındakı təhlükəsizlik boşluqlarını aradan qaldırmağa çalışırlar. Buna səbəb süni intellektin kibercinayətkarlar tərəfindən hücumların həyata keçirilməsində istifadə imkanlarını genişləndirməsidir.

İki şirkətin ümumi bazar dəyəri 265 milyard dolları ötür

Süni intellekt təhlükəsizliyi həllərinə tələbatın artması CrowdStrike-ın bazar mövqeyini gücləndirib.

Bazar ertəsi ticarət sessiyasının açılışına qədər şirkətin səhmləri ilin əvvəlindən təxminən 80% bahalaşmışdı. Zscaler-in səhmləri isə bazar ertəsi baş verən bahalaşmadan sonra ilin əvvəlindən təxminən 5% yüksəlib.

Cümə günü ticarət sessiyasının bağlanışına olan məlumata əsasən, iki şirkətin birlikdə bazar kapitallaşması 265 milyard dolları ötüb. Müqayisə üçün, sektorun aparıcı şirkətlərindən olan Palo Alto Networks-ün bazar dəyəri 282 milyard dollar təşkil edib.

CrowdStrike üçün bu, şirkətin tarixində ən böyük satınalma əməliyyatıdır.

Kibertəhlükəsizlik sektorunda milyardlarla dollarlıq satınalmalar

Son illərdə iri texnologiya şirkətləri kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə milyardlarla dollarlıq satınalmalar həyata keçirirlər.

2025-ci ildə Google bulud təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Wiz şirkətini 32 milyard dollara satın almaq planını açıqlayıb.

2024-cü ildə Cisco Splunk şirkətini təxminən 28 milyard dollara satın alıb.

Palo Alto Networks də kibertəhlükəsizlik və süni intellekt sahəsində fəaliyyət göstərən bir neçə şirkətə milyardlarla dollar sərmayə yatırıb. Bunlara Applied Compute startapı və 25 milyard dollarlıq CyberArk sövdələşməsi daxildir. CyberArk-ın satın alınması 2026-cı ildə tamamlanıb.

Analitiklər satınalmanı strateji imkan kimi qiymətləndirirlər

Analitiklərin fikrincə, Zscaler-in alınması CrowdStrike-a süni intellekt təhlükəsizliyi bazarında mövqeyini gücləndirmək, müştərilərin kibertəhlükəsizlik xərclərindən daha böyük pay əldə etmək və Palo Alto Networks ilə rəqabətdə fərqi azaltmaq imkanı verəcək.

JPMorgan analitikləri bildiriblər ki, Zscaler-in CrowdStrike platformasına inteqrasiyası şirkətin xidmət portfelini genişləndirəcək.

Onların fikrincə, xüsusilə şəbəkə təhlükəsizliyi xidmətlərinin əlavə edilməsi süni intellekt sistemlərinə nəzarət və məlumatlar üzərində müstəqil idarəetmə imkanlarına artan tələb fonunda şirkətin rəqabət mövqeyini gücləndirə bilər.

CrowdStrike və Zscaler-in maliyyə nəticələri proqnozları üstələyib

Satınalma xəbəri ilə eyni gündə CrowdStrike 2027-ci maliyyə ilinin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Şirkətin rüblük gəliri 1 milyard 580 milyon dollar təşkil edib. Bu, əvvəlki maliyyə ilinin müvafiq dövründə qeydə alınmış 1 milyard 230 milyon dollarla müqayisədə 28% çoxdur.

Düzəliş edilmiş səhm üzrə mənfəət 34 sent olub. Analitiklər isə 31 sent mənfəət və 1 milyard 530 milyon dollar gəlir proqnozlaşdırırdılar.

Beləliklə, CrowdStrike həm gəlir, həm də səhm üzrə mənfəət göstəricilərinə görə bazar gözləntilərini üstələyib.

Zscaler-in eyni gündə açıqladığı 2027-ci maliyyə ilinin birinci rübü üzrə nəticələr də analitiklərin proqnozlarından yüksək olub. 

CrowdStrike Zscaler CrowdStrike Zscaler satınalması 43 9 milyard dollar 44 milyard dollarlıq sövdələşmə kibertəhlükəsizlik süni intellekt AI təhlükəsizliyi kiberhücumlar CrowdStrike səhmləri Zscaler səhmləri CRWD ZS Nasdaq Palo Alto Networks Google Wiz Cisco Splunk CyberArk George Kurtz texnologiya şirkətləri ABŞ fond bazarı
23.11.2026 21:53
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar