Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır

Azərbaycan–Avropa enerji dəhlizində yeni mərhələ – 2029-cu ildə mühüm qərar veriləcək. Pərviz Şahbazov: “2032-ci ildə ilk elektrik enerjisi tədarükünə başlamaq üçün hər ay önəmlidir”. Türkiyə də Azərbaycanın Avropaya uzanan enerji layihəsinə qoşula bilər
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Avropaya yaşıl elektrik enerjisinin ixracına 2032-ci ildə başlamağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində Nazirlər/Rəhbər Komitənin 13-cü iclası keçirilib.

İclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Dumitru Kisəlitsə, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Macarıstanı isə bu ölkənin Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Katalin Kişne Hlatki təmsil ediblər. Tədbirdə, həmçinin Avropa Komissiyası, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO), “CESI S.p.A.” şirkəti, Rumıniyanın Enerji Tənzimləmə Qurumu (ANRE), Dünya Bankı və ölkələrin elektrik ötürücü sistem operatorlarının nümayəndələri iştirak ediblər.

Reklam_3_11

Tədbirdə iyulun 8-də Bakıda keçirilmiş 12-ci iclasdan sonra görülən işlər nəzərdən keçirilib. “CESI S.p.A.” şirkəti ilkin bazar araşdırmasının nəticələrini və texniki-iqtisadi əsaslandırma başa çatdıqdan sonra yekun investisiya qərarının (FID) qəbulunadək əsas prioritetləri təqdim edib. GECO-nun təqdimatında isə Avropa İttifaqının Qarşılıqlı Maraq Layihəsi (PMI) statusu üçün oktyabrda edilmiş müraciətin bütün iştirakçı ölkələrdəki layihə komponentlərini əhatə etdiyi və dəhlizin bu proses çərçivəsində vahid layihə kimi qiymətləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. 

Energetika naziri Pərviz Şahbazov bildirib ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin hazırlıq mərhələsi başa çatıb, dəhlizin tikintisinin mümkünlüyü müəyyən edilib və indi əsas məsələ layihənin icrası üçün zəruri qərarları vaxtında qəbul etməkdir: “Yekun investisiya qərarını 2029-cu ildə qəbul etmək və 2032-ci ildə ilk elektrik enerjisi tədarükünə başlamaq üçün hər ay önəmlidir. Azərbaycan Türkiyənin layihəyə qoşulmasını və dəhlizin elektrik enerjisi ilə yanaşı, məlumat ötürülməsinə də xidmət etməsini dəstəkləyir. Avropanın etibarlı enerji tərəfdaşı kimi bu dəhliz vasitəsilə onun enerji təhlükəsizliyinə, təchizatın şaxələndirilməsinə və yaşıl keçidinə töhfə verməyə hazırıq”.

Müzakirələrin nəticəsi olaraq “Transelectrica” və GECO-ya PMI prosesi üzrə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu (DG ENER) ilə sıx əməkdaşlığı davam etdirmək tapşırılıb. Layihənin inkişaf etdirilməsinə məsul şirkətin seçilməsi üzrə hazırlıq işlərinin aparılması, müvafiq təkliflərin yekunlaşdırılaraq 2027-ci ildə keçiriləcək növbəti nazirlər iclasında təsdiqlənməsi üçün təqdim edilməsi GECO şirkətinə həvalə edilib. Yaşıl Enerji Dəhlizi layihəsi üzrə Qara dənizin dibinin tədqiqinə dair növbəti addımlar, həmçinin milli enerji tənzimləmə qurumlarının birgə iclasının keçirilməsi razılaşdırılıb. Türkiyənin “Yaşıl Enerji Dəhlizi” layihəsinə göstərdiyi maraq alqışlanıb və onun layihəyə  qoşulmasının strateji əhəmiyyəti qeyd edilib. Həmçinin fiber-optik kabel (FOC) komponentin inkişafı ilə bağlı məsələlərin müvafiq qurum və təşkilatların iştirakı ilə müzakirəsinin davam etdirilməsi barədə razılığa gəlinib.

Müzakirələrin yekununda iclasın nəticələrini əks etdirən Protokol imzalanıb və növbəti iclasın 2027-ci ilin aprelində Macarıstanda keçirilməsinə qərar verilib.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan yaşıl enerji Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi Pərviz Şahbazov Avropaya elektrik enerjisi ixracı Qara dəniz sualtı elektrik kabeli yaşıl enerji dəhlizi Azərbaycan Gürcüstan Rumıniya Macarıstan Türkiyə GECO CESI Dünya Bankı bərpa olunan enerji elektrik enerjisi ixracı enerji təhlükəsizliyi fiber-optik kabel 2029 investisiya qərarı 2032 elektrik enerjisi tədarükü
23.11.2026 18:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar