970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib

“Fitch”dən 2027 xəbərdarlığı – neft tədarükü pozularsa, inflyasiya və faizlər uzun müddət yüksək qala bilər. Dünya iqtisadiyyatı 2,5 faiz böyüyə bilər – “Fitch” 2027-ci ilin iki əsas riskini açıqladı. Borcu yeniləmək bahalaşır – “Fitch” hansı ölkələrin büdcəsində təzyiqin artacağını açıqlayıb. Süni intellektlə bağlı səhm qiymətləri və investisiyalar kəskin azala bilər – “Fitch”dən risk ssenarisi
AzVak-mobil_resmin_ustu_31
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” 2027-ci ildə dünya iqtisadiyyatının təxminən 2,5 faiz artacağını, inflyasiya təzyiqlərinin isə bir qədər zəifləyəcəyini gözləyir. Bu gözləntilər əsasında agentlik ölkələrin kredit reytinqləri üzrə qlobal proqnozu “neytral” müəyyən edib.

Marja.az “Fitch Ratings”in 2027-ci il üzrə suveren reytinqlərə dair hesabatına istinadən xəbər verir ki, agentliyin baza ssenarisi ABŞ və İran arasında hərbi gərginliyin müvəqqəti azalacağı və toqquşmaların səngiyəcəyi fərziyyəsinə əsaslanır.

Reklam_3_11

“Fitch”ə görə, 2027-ci ildə qlobal iqtisadi artım tempi əsasən sabit qalacaq. Neftin ucuzlaşması 2026-cı ilin ikinci yarısında yaranmış inflyasiya təzyiqlərini qismən zəiflədəcək. Dövlət istiqrazlarının gəlirliliyinin isə 2026-cı ilin orta səviyyəsindən yüksək qalacağı gözlənilir.

Neft tədarükü və süni intellektlə bağlı risklər

Agentlik 2027-ci il üçün iki riskə diqqət çəkir. Bunlardan biri süni intellektlə bağlı səhm qiymətlərinin və ya kapital xərclərinin kəskin azalması ehtimalıdır. Digər risk Fars körfəzi regionundan neft tədarükündə yenidən ciddi fasilələrin yaranmasıdır. Tədarük pozularsa, neft qiymətləri, inflyasiya, mərkəzi bankların faiz dərəcələri və istiqraz gəlirlilikləri daha uzun müddət yüksək qala bilər.

Yüksək borclu ölkələrin büdcələrinə təzyiq artır

“Fitch” bildirir ki, hökumətlər ödəmə müddəti çatan borclarını mövcud bazar faizləri ilə yenidən maliyyələşdirdikcə ümumi borc üzrə ödədikləri orta effektiv faiz dərəcəsi yüksələcək. Faiz xərclərinin artması büdcə kəsirini böyüdəcək. Bu şəraitdə borcun ümumi daxili məhsula (ÜDM) nisbətini sabit saxlamaq və ya azaltmaq xüsusilə borc yükü yüksək, borclarının orta ödəmə müddəti qısa olan ölkələr üçün çətinləşəcək.

Agentliyin qiymətləndirməsinə görə, bir çox ölkədə siyasi qütbləşmə və ictimai təzyiq uzunmüddətli sabitliyi və rifahı dəstəkləyən qərarların qəbulunu çətinləşdirməkdə davam edəcək. Bu amillər etirazlara və daha geniş ictimai sarsıntılara yol aça bilər. Həll olunmamış münaqişələr, böyük güclər arasında rəqabət, xarici siyasətdə millətçi meyillərin güclənməsi və qeyri-müəyyənliyin artması geosiyasi riskləri yüksək səviyyədə saxlayacaq.

13 ölkənin reytinq proqnozu “pozitiv”, 12 ölkəninki “neqativ”dir

“Fitch”in məlumatına görə, 2027-ci il ərəfəsində ölkələrin kredit reytinqləri üzrə fərdi proqnozlar ümumilikdə sabitdir. Hazırda 13 ölkənin reytinq proqnozu “pozitiv”, 12 ölkəninki isə “neqativ”dir.

2026-cı ildə suveren reytinq yüksəlişlərinin sayı endirimlərin sayını 12 vahid üstələyib. Bunun 7 vahidi inkişaf etməkdə olan bazar ölkələrinin payına düşüb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Fitch Ratings 2027 proqnozu suveren kredit reytinqləri 2027 qlobal iqtisadi artım proqnozu dünya iqtisadiyyatında 2 5 faiz artım Fitch neytral proqnoz 2027 inflyasiya proqnozu Fars körfəzindən neft tədarükü ABŞ və İran arasında hərbi gərginlik süni intellektlə bağlı bazar riskləri dövlət istiqrazlarının gəlirliliyi dövlət borcunun yenidən maliyyələşdirilməsi yüksək borclu ölkələrdə büdcə kəsiri
25.11.2026 08:50
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19