970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”

Mərkəzi Bank kredit şərtlərinin sərtləşdirilməsi barədə iddiaları rədd etdi. Mərkəzi Bankın sədri: “Biznes kreditləşməsinə tələblərimiz sərt deyil, əksinə, kifayət qədər yumşaqdır”. Banklarda pul niyə çoxdur, biznes niyə kredit götürmür? – Taleh Kazımovdan CAVAB. Taleh Kazımov: Xarici ekspertlər biznes kreditlərinə tələblərimizin həddindən artıq yumşaq olduğunu deyirlər.
AzVak-mobil_resmin_ustu_31
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır.

Marja.az xəbər verir ki, bunu Taleh Kazımov 29 oktyabr 2026-cı il tarixində keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən bildirib.

Reklam_3_11

Jurnalist bəzi ekspertlərin banklarda izafi likvidliyin artmasını Mərkəzi Bankın kreditləşmə şərtlərini sərtləşdirməsi və bunun nəticəsində real sektorun bank kreditlərindən kifayət qədər yararlana bilməməsi ilə əlaqələndirdiklərini diqqətə çatdırıb.

Taleh Kazımov bu yanaşmanı yanlış hesab etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda biznesin, xüsusilə kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının və ixrac fəaliyyəti ilə məşğul olan müəssisələrin kreditləşdirilməsi üzrə prudensial tələblər beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər yumşaqdır.

“Bizim sərt prudensial tələblərimiz daha çox istehlak kreditləşməsindədir. Biznes kreditləşməsində, xüsusilə kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı və ixracla məşğul olan bizneslər üçün prudensial tələblərimiz beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər yumşaqdır”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.

Kazımov bildirib ki, hətta bəzi xarici ekspertlər Azərbaycanda biznes kreditləşməsi üzrə prudensial tələblərin həddindən artıq yumşaq olmasını irad kimi səsləndirirlər.

AMB sədri biznes kreditləşməsini məhdudlaşdıran konkret normativ tələbin göstərilməsini təklif edib. Onun sözlərinə görə, əgər Mərkəzi Bankın qaydalarında biznes kreditlərinin verilməsinə mane olan konkret müddəa varsa, həmin müddəanın təqdim edilməsinə və müzakirəsinə hazırdır.

Taleh Kazımov biznes kreditləşməsi üzrə mövcud prudensial tələblərin beynəlxalq Bazel standartları ilə müqayisə edilməsinin vacibliyini də qeyd edib. O bildirib ki, Azərbaycanda biznesin kreditləşdirilməsi üzrə tələblər uzun illərdir yumşaqdır və bu yanaşma son dövrdə formalaşmayıb.

Mərkəzi Bankın sədri ekspertləri bank tənzimləmələri barədə fikir bildirməzdən əvvəl müvafiq normativ sənədləri diqqətlə öyrənməyə və beynəlxalq təcrübə ilə müqayisə aparmağa çağırıb.

Kazımov əlavə edib ki, konkret prudensial tələbin biznes kreditləşməsini məhdudlaşdırdığına dair əsaslandırılmış təkliflər təqdim edilərsə, Mərkəzi Bank onları müzakirə etməyə hazırdır:

"Bəzi ekspertlərin fikirləri, rəyi yanlışdır. Mən iyulda ya avqustda intervyu vermişdim. Orada birbaşa açıq-aşkar izah elədim ki, bizim real sektorun maliyyələşdirilməsində şərtlərimiz, prudensial tələblərimiz, şərtlərimiz yoxdur. Bizim prudensial tələblərimiz ola bilər. Prudensial tələblərimiz əksinə yumşaqdır - bizim sərt tələblərimiz, prudensial tələblərimiz daha çox istehlak kreditləşməsindədir. Biznes kreditləşməsində xüsusilə kiçik və orta sahibkarlıq sahəsində, xüsusilə kənd təsərrüfatı sahəsində, xüsusilə ixracla məşğul olan bizneslərə prudensial tələblərimiz beynəlxalq təcrübə ilə müqayisə etdikdə kifayət qədər yumşaqdır. Bəzən xarici ekspertlər bizə buna irad kimi gətirirlər ki, kifayət qədər çox yumşaqdır. "Mərkəzi Bankın sərt prudensial tələbləri var və kreditlər buna görə çox verilmir" - mən bu fikirlə qəti razı deyiləm. Sərt limitlərimiz varsa, sərt tələblərimiz varsa, buradan hamıya açıqda təklif edirəm ki, gəlin həmin maddəni qoyun masanın üstünə, deyin ki, bax, buna görə kreditlər verilmir. Doğrudan da ona görədirsə, mən bunu qəbul etməyə hazır olacam. Amma elə bir şey yoxdur". 

Taleh Kazımov: İstehlak kreditlərinə tələbləri yumşaltsaq, artım 40 faizə çata bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin həddindən artıq borclanmasının qarşısını almaq məqsədilə istehlak kreditləşməsinə sərt prudensial tələblər tətbiq edir.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov 29 oktyabr 2026-cı il tarixində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mövcud məhdudiyyətlərə baxmayaraq, əvvəlki illərdə istehlak kreditləşməsində 15-20 faizlik artım templəri qeydə alınıb.

Taleh Kazımov xəbərdarlıq edib ki, prudensial tələblər yumşaldılarsa, istehlak kreditlərinin artım tempi 40 faizə qədər yüksələ bilər.

“İstehlak kreditləşməsi, bəli, bizdə sərtdir. Bunun da əsas səbəbi əhalinin izafi borclanmasının qarşısını almaqdır. Məhdudiyyətləri, sərt tələbləri yumşaltsaq, istehlak kreditləşməsi 40 faizlərə gəlib çıxacaq”, – deyə Mərkəzi Bankın sədri bildirib.

Kazımov qeyd edib ki, bu cür sürətli artım əhalinin borclanma səviyyəsini idarəolunmaz həddə çatdıra bilər. Bu səbəbdən Mərkəzi Bank istehlak kreditləşməsində risklərin məhdudlaşdırılması və əhalinin borc yükünün nəzarətdə saxlanılması siyasətini davam etdirir.

AMB sədri vurğulayıb ki, biznes kreditləşməsindən fərqli olaraq, istehlak kreditləri üzrə daha sərt prudensial tələblərin tətbiqi məqsədyönlü siyasətdir.

Noyabrın 9-dan kredit qaydaları dəyişir 

Azərbaycan Mərkəzi Bankının (AMB) banklarda kreditləşmə ilə bağlı yeni prudensial tələbləri yalnız sərtləşdirməni deyil, müəyyən istiqamətlərdə yumşaldılmanı da nəzərdə tutur. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov 29 oktyabr 2026-cı il tarixində keçirilən mətbuat konfransında bildirib.

O, noyabr ayında qüvvəyə minəcək yeni kredit qaydalarının yalnız kreditləşməni məhdudlaşdırmağa yönəldiyi barədə fikirlərlə razılaşmadığını qeyd edib.

Kazımovun sözlərinə görə, dəyişikliklərdə həm sərtləşdirmə, həm də yumşaldılma xarakterli tədbirlər var.

Mərkəzi Bankın sədri bildirib ki, yeni tələblərin məqsədi kreditləşmənin həcmini azaltmaq deyil, bankların daha az riskli kreditlər verməsini təşviq etməkdir.

O, xüsusilə istehlak kreditləşməsi üzrə bəzi tələblərin yumşaldılmasını nəzərdə tutan dəyişikliklərin də olduğunu vurğulayıb. Kazımov ekspertləri yeni qaydaları diqqətlə öyrənməyə, beynəlxalq təcrübə ilə müqayisə etməyə və yalnız bundan sonra qiymətləndirmə aparmağa çağırıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/3 nömrəli qərarı ilə banklarda kredit risklərinin idarə edilməsi, aktivlərin təsnifləşdirilməsi və prudensial normativlərlə bağlı qaydalara dəyişikliklər təsdiqlənib. Noyabrın 9-dan qüvvəyə minəcək dəyişikliklərə əsasən, istehlak krediti üzrə zaminin borc yükünün gəlirə nisbəti 70 faizdən çox ola bilməz. Həmçinin davranış modelləri əsasında kreditləşmə və həmin kreditlər üzrə ehtiyatların yaradılması yanaşmaları təkmilləşdirilir.

Taleh Kazımov Mərkəzi Bank biznes kreditləri real sektor banklarda izafi likvidlik əhalinin borclanması kredit artımı borc yükü prudensial tələblər kredit şərtləri kredit şərtləri istehlak kreditləri zaminlik borc yükünün gəlirə nisbəti prudensial normativlər bank kreditləri kredit riskləri kiçik və orta sahibkarlıq KOB kreditləri kənd təsərrüfatı kreditləri Bazel standartları
29.10.2026 17:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Bayramov  Fidanla görüşüb
Bayramov Fidanla görüşüb
29.10.2026 14:57
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19