Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları

Azərbaycan şirkəti beynəlxalq nəhənglərlə pambıq satışına dair müqavilələr bağlayıb. “Prime Cotton” 2027-ci ildə istehsal edəcəyi pambığın 70 faizini əvvəlcədən satıb – Beynəlxalq müqavilələr bağlanıb. Azərbaycan pambığı üçün yeni bazarlar açılır – Dörd beynəlxalq şirkətlə razılaşma
AzVak-mobil_resmin_ustu_31
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
iç səhifə xəbər şəkil altı (mobil)_32

Prime Cotton ICA-nın İstanbulda keçirilən illik tədbiri çərçivəsində Devcot, Faircot, ECOM və Cam Negoce kimi beynəlxalq ticarət şirkətləri ilə ilk satış müqavilələrini bağlayıb.

Marja xəbər verir ki, razılaşmalar şirkətin Türkiyə bazarından kənarda satış coğrafiyasını genişləndirməsinə və Azərbaycan pambığını dünyanın digər regionlarında təmsil etməsinə yeni imkanlar yaradır.

Şirkət tarixində ilk dəfə olaraq, 2027-ci il üçün proqnozlaşdırılan mahlıc həcminin təxminən 70%-i istehsal və keyfiyyət analizlərindən əvvəl sabit qiymətli beynəlxalq müqavilələr və ICA arbitraj qaydaları əsasında satılıb. Mövcud əlverişli qiymətlərin əvvəlcədən təsbit edilməsi qiymət enişi riskini azaldaraq yüksək mənfəət marjalarının qorunmasına xidmət edir. “On-call” müqavilələri isə qiymətin razılaşdırılmış şərtlər çərçivəsində sonradan təsbit edilməsinə imkan verir.

İstanbul tədbirindən sonra Prime Cotton-un İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Tural Əlizadə və Baş Kommersiya Direktoru Sənan Orucov Qaziantep, Kahramanmaraş, Şanlıurfa və Antakyada müştərilərlə görüşüb. Pambıq lifi və iplik üzrə əməkdaşlığın genişləndirilməsinə dair razılaşmalarla yanaşı, çiyid, jmıx və pambıq yağı üzrə ötən ildən daha yüksək sabit qiymətlərlə illik satış müqavilələri bağlanıb. Bu nəticələr davamlı tanıtım işlərinin, birbaşa müştəri əlaqələrinin və məhsul keyfiyyətinə artan etimadın bəhrəsidir.

Tural Əlizadə əldə olunan nəticələri belə dəyərləndirib:

“Beynəlxalq treyderlərlə bu müqavilələr məhsulumuzun keyfiyyətinə və təchizatçı kimi etibarlılığımıza göstərilən inamın nəticəsidir. Məqsədimiz əlverişli qiymətlərlə gələcək satışlarımızı təmin etmək, mənfəətliliyimizi qorumaq, ixrac bazarlarımızı şaxələndirmək və ‘Made in Azerbaijan’ adı ilə Azərbaycan pambığını daha geniş coğrafiyada tanıtmaqdır.”

Azərbaycanın ABŞ və Braziliyadan sonra Türkiyənin üçüncü böyük mahlıc təchizatçısı mövqeyinə yüksəlməsi fonunda "Prime Cotton" həm bu bazardakı mövqeyini möhkəmləndirməyi,həm də beynəlxalq treyderlər vasitəsilə yeni bazarlara çıxmağı hədəfləyir. Əldə olunan müqavilə qiymətləri və qurulan tərəfdaşlıqlar digər yerli istehsalçılar üçün də istinad nöqtəsi və əlavə ixrac imkanları yarada bilər.

Bu əməkdaşlıqlar Azərbaycan pambığının dünyada tanınmasına, yerli emal məhsullarının ixracına və ölkənin qeyri-neft ixracının artırılmasına töhfə verir.

Prime Cotton Prime Cotton Azərbaycan Prime Cotton ixrac Tural Əlizadə Sənan Orucov Azərbaycan pambığı pambıq ixracı mahlıc ixracı 2027 pambıq istehsalı pambığın qiyməti pambıq bazarı Beynəlxalq Pambıq Assosiasiyası ICA Devcot Faircot ECOM Cam Negoce Türkiyəyə pambıq ixracı Azərbaycan Türkiyə ticarəti pambıq lifi pambıq ipliyi pambıq çiyidi jmıx pambıq yağı sabit qiymətli müqavilələr on-call müqavilələri qeyri-neft ixracı Made in Azerbaijan.
28.10.2026 16:08
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19