Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Süd vəzi xərçəngi diaqnozu zamanı 30 min manat ödəniş – Yeni sığorta məhsulu.Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasir qadınların sağlamlığı üçün ən böyük təhlükə elan edib.
Bəs qadınlar süd vəzi xərçəngi ilə bağlı yarana biləcək maliyyə risklərindən özlərini necə qoruya bilərlər?
Süd vəzi xərçəngi yalnız sağlamlıqla bağlı deyil, həm də ciddi maliyyə çətinlikləri yarada bilən xəstəlikdir. Belə vəziyyətlərdə sığorta təminatı qadınların və onların ailələrinin üzərinə düşən maliyyə yükünün azaldılmasına kömək edə bilər.
“PAŞA Həyat Sığorta” qadınların sağlamlığına və maliyyə təhlükəsizliyinə dəstək məqsədilə süd vəzi xərçənginə qarşı “GüclüSən” adlı həyat sığortası məhsulunu təqdim edib.
Azərbaycanda süd vəzi xərçənginə qarşı xüsusi olaraq hazırlanmış bu sığorta məhsulu qadınlara xəstəliklə bağlı gözlənilməz vəziyyətlərdə maliyyə dəstəyi göstərir. Məhsul hazırda süd vəzi xərçəngi diaqnozu olmayan qadınlar üçün nəzərdə tutulub. Yəni məhsulun əsas məqsədi xəstəlik baş verməzdən əvvəl qadınlara mümkün maliyyə risklərinə qarşı sığorta təminatı yaratmaqdır.
Məhsul süd vəzi xərçəngi diaqnozu ilə üzləşən qadınlara 30 min manat məbləğində sığorta təminatı təqdim edir. Şəxs bu məbləği ölkə daxilində və ya xaricdə müalicə, tibbi konsultasiya, əlavə müayinələr və həmin dövrdə yaranan digər ehtiyacları üçün istifadə edə bilər.
Gələcəkdə süd vəzi xərçəngi ilə bağlı yarana biləcək maddi çətinlikləri azaltmaq üçün “GüclüSən” sığortasını bu gündən əldə edin.
Məhsul haqqında ətraflı məlumat əldə etmək və müraciət etmək üçün https://guclusen.pasha-life.az/ ünvanına daxil olmaq və ya 942 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
- 11 d. əvvəl
-
25 d. əvvəl
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib
-
27 d. əvvəl
Azərbaycanın balıqçılıq şirkətlərindən biri ləğv edilə bilər
-
49 d. əvvəl
Çinin aviaşirkəti dəyəri 7,4 milyard dollar olan 50 “Boeing” təyyarəsi alır
-
55 d. əvvəl
Bir rübdə 310 mindən çox avtomobil – “Leapmotor”dan iki rekord
-
1 saat əvvəl
BYD Fransada keçmiş “Mercedes-Benz” zavodunu almaq üçün danışıqlara başlayıb
-
14 saat əvvəl
Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək
-
14 saat əvvəl
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib
Bir rübdə 310 mindən çox avtomobil – “Leapmotor”dan iki rekord
Ən çox oxunanlar
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
"AzTelco Group" fəaliyyətini "NaVis Group" adı ilə davam etdirəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib






















