Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Turan Tovuz” yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manatı Qarabağ Dirçəliş Fonduna ianə edib

“Turan Tovuz”
AzVak-mobil_resmin_ustu_31
“Turan Tovuz” yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manatı Qarabağ Dirçəliş Fonduna ianə edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Turan Tovuz” futbol klubu bu ilin 3 oktyabr tarixində Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə keçirdiyi yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manat vəsaiti Qarabağ Dirçəliş Fonduna (QDF) ianə edib.

Bununla yanaşı, klub Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin də əsas tərəfdaşı kimi çıxış edəcək.

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” futbol klubu arasında birgə fəaliyyət və səmərəli əməkdaşlığın əsası 28 sentyabr 2026-cı il tarixində QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev və klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən imzalanmış Anlaşma Memorandumu ilə qoyulub.

Peşəkar futbol klubunun bu xeyriyyə turnirinə əsas tərəfdaş qismində dəstək verməsi idmanın yalnız meydandakı rəqabətdən ibarət olmadığını və bütün idman ictimaiyyətinin Qarabağın dirçəlişi kimi ali bir məqsəd ətrafında sıx birləşdiyini nümayiş etdirir.

Qarabağ Dirçəliş Fondu bu təqdirəlayiq təşəbbüsə və göstərilən dəstəyə görə “Turan Tovuz” futbol klubuna təşəkkürünü bildirir.

Məlumat üçün bildirək ki, Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilati dəstəyi, “CBC Sport” telekanalının və 1news.az informasiya portalının media tərəfdaşlığı ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin 3-cü mövsümündə 44 komanda qalib adı uğrunda mübarizə aparacaq.

Turnirdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. 

Qeyd olunmalıdır ki, iştirakçı komandalar yaşıl meydanda güclərini sınamaqla yanaşı, həm də Qarabağda idmanın bərpasına birbaşa tarixi töhfə vermiş olacaqlar.

28.10.2026 17:04
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19