970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib ®

“Bir” Qarabağ sakinlərini işlə təmin edəcək – Yeni layihə başladı.
AzVak-mobil_resmin_ustu_31
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA) ilə birgə həyata keçirilən “Qayıt İş 2” layihəsinə başlanılıb. Layihə çərçivəsində namizədlər arasından seçilən Qarabağ sakinləri Bir ekosistemi və DMA-nın Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan xüsusi nəzəri və praktiki təlimlərdə iştirak edəcəklər. Təlim mərhələsini uğurla başa vuran iştirakçılar əldə etdikləri bilikləri real iş mühitində tətbiq edərək ekosistem daxilində işlə təmin olunacaqlar.

Təşəbbüsün əsas məqsədi iştirakçıların peşəkar potensialının inkişafına töhfə vermək, praktiki bacarıqlarını gücləndirmək və məşğulluq imkanlarını genişləndirməkdir.

Layihəyə Bir ekosisteminin baş ofisində keçirilən tanışlıq görüşü ilə start verilib. Görüş zamanı iştirakçılar ekosistemin iş mühiti, korporativ dəyərləri və komanda mədəniyyəti ilə tanış olub, proqramın məqsədləri və növbəti mərhələləri barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qayıdan vətəndaşların məşğulluğuna dəstək göstərilməsi və onların müasir rəqəmsal maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi Bir ekosisteminin fəaliyyət istiqamətləri arasında xüsusi yer tutur. Bu məqsədlə, ötən il Füzuli şəhərində ekosistemə daxil olan Milliön və m10 brendlərinin telesatış mərkəzi istifadəyə verilib. Mərkəzdə 20 nəfər Qarabağ sakini çalışaraq vətəndaşlara birbaşa xidmət göstərir.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Kapital Bank-ın əmtəə nişanı olan Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az 

Bir ekosistemi Bir Azərbaycan Qayıt İş 2 Qarabağda iş yerləri Qarabağ sakinləri üçün iş Qarabağda məşğulluq Kapital Bank Dövlət Məşğulluq Agentliyi DMA Qarabağ Peşə Hazırlığı Mərkəzi Qarabağa Böyük Qayıdış Şərqi Zəngəzur Füzulidə iş yerləri Milliön m10 Birbank Birmarket peşə hazırlığı işlə təminat məşğulluq layihəsi rəqəmsal ekosistem Qarabağda yeni layihələr əmək bazarına inteqrasiya 5 milyon müştəri.
28.10.2026 17:07
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19