"Holberton School Azerbaijan" ilk Məzun Gününü qeyd edib
İyulun 4-ü Kaliforniya mərkəzli beynəlxalq IT məktəbi "Holberton School" Azərbaycanda ilk Məzun Gününü qeyd edib.
Tədbirin açılış mərasimində Paşa Holdinqin İnnovasiyalar Proqramının Rəhbəri Fərrux Əli, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəqəmsal və biznes transformasiyası üzrə baş mütəxəssis Elnur Məmmədli, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova, İT məktəbinin qlobal direktoru Florian Buçer, Holberton School Azərbaycanın direktoru Şəmsi Bayramzadə məzun olan gənclərə uğurlar arzulayıblar. Tədbirdə həmçinin Meksikanın Azərbaycandakı səfiri Viktoria Romero, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov və Mediamark Digital şirkətinin rəhbəri Orxan Rzayev iştirak ediblər.
Holberton School" Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir. “PAŞA Holding” Şirkətlər Qrupunun sponsorluğu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə dünyanın nüfuzlu məktəblər şəbəkəsi olan “Holberton School” Azərbaycanda fəaliyyət göstərir.
Həm gənclər, həmçinin də ixtisasını dəyişmək istəyənlər üçün unikal fürsətlər və təhsil şəraiti yaradılır. Metodologiya və tədris materialları hər kəs üçün əlçatan və öyrənməyi öyrədən formatdadır.
Tədris qarşılıqlı (peer-to-peer) öyrənmə üsulu ilə həyata keçirilir ki, bu yanaşma ilə siz komanda əsaslı şəraitdə işləyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını efektiv mənimsəyə bilirsiniz.
Holberton School, tələbələrinə texniki və yumşaq bacarıqlar verməklə, onları iş dünyasında uğurlu olmağa hazırlayır. Beləliklə, məzunlar genişlənən texnologiya sənayesində tezliklə uğur qazanır və müxtəlif şirkətlərdə liderlik vəzifələrinə yüksəlirlər.
Həmçinin "Holberton School" öz platformasını şirkətlər üçün təqdim edir ki, bunun vasitəsi ilə şirkətlər öz tələblərinə uyğun dəyişə və komanda inkişafına investisiya edə bilərlər. Hazırda məktəb Foundation, Full Stack, Machine Learning, AI, və digər proqramlarla 34 şəhər, 22 ölkədə fəaliyyətini davam etdirir .
Onu da bildirək ki, artan tələbi nəzərə alaraq məktəbimiz yeni, daha geniş və daha yaxşı təchizatlı yeni kampusa köçməyə hazırlaşır ki, bu da tələbələrin daha rahat və əlverişli ortamda təhsil almasına hesablanıb. Məktəbimiz gələcəkdə daha geniş dərs proqramları ilə xidmət göstərməyə və ölkənin əsas İT mərkəzlərindən olmağa qərarlıdır.
"Holberton School Azerbaijan" qonşu və region ölkələri arasında "HUB" rolunu oynayır və dünyaca məşhur məktəb buradan Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə yayılması planlaşdırılır. Bu da onun regiondakı strateji əhəmiyyətini daha da artırır.
"Holberton School Azerbaijan" marketinq, PR və tədbirlərin təşkili məsələlərində "Mediamark Digital" şirkəti ilə əməkdaşlıq edir. Onu da qeyd edək ki, bu əməkdaşlıq çərçivəsində "Holberton School Azerbaijan" həm ölkəmizdə, həm də xaricdə baş tutan əhəmiyyətli tədbirlərdə iştirak etməyə və gələcəkdə də bu istiqamətdə mühüm addımlar atmaqda maraqlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















