Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Daxili bazarın qorunması, differensial tariflər, satınalmalar və kreditə çıxış müzakirə edilib - NAZİR SAHİBKARLAR İLƏ GÖRÜŞÜB

Gəncədə sənaye müəssisələrinin rəhbərləri ilə görüşdə yerli şirkətlər tərəfindən qaldırılan məsələlər müzakirə olunub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Daxili bazarın qorunması, differensial tariflər, satınalmalar və  kreditə çıxış müzakirə edilib - NAZİR SAHİBKARLAR İLƏ GÖRÜŞÜB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinin iştirakı ilə Gəncə və ətraf rayonlarda yerləşən qeyri-neft sənayesi istehsalçıları və ixracatçıları ilə görüş keçirilib.

Reklam_3_11

İqtisadiyyat naziri müasir sənaye müəssisələrinin yaradılması və bu sahədə idxaldan asılılığın azaldılması üçün reallaşdırılan tədbirləri diqqətə çatdırıb.

Bildirilib ki, son illər aparılan islahatların nəticəsində güzəştli maliyyələşmə, kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinə çıxış imkanları genişləndirilib, investisiya təşviqi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşdirilib, sənaye zonalarının inkişafı təşviq olunub, dövlətin yeni dəstək alətləri tətbiq edilib. Bununla belə, yeni çağırışlara uyğun olaraq tədbirlərin görülməsinə dair müzakirələrə ehtiyac var.

Sahibkarlarla qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə fikir mübadiləsi aparılıb. İş adamları ilə xammalın keyfiyyəti, investisiya təşviqi, bank-maliyyə hesablaşmaları, daxili bazarın qorunması, kommunal xidmətlərdə differensial tariflər, dövlət satınalmaları, kredit resurslarına çıxış, ixtisaslı kadr potensialı kimi məsələlər müzakirə edilib.

Sahibkarların təklifləri əsasında dövlətin dəstək və təşviq alətlərinin daha da təkmilləşdirilərək sistemli şəkildə davam etdiriləcəyi, sahibkarlığın bundan sonra da dəstəklənəcəyi diqqətə çatdırılıb.

28.07.2024 10:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ