Gürcüstan hökumətindən müsbət cavab
Gürcüstan hökumətinin Administrasiyasinin nümayəndələri, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, Caspian European Club və Caspian Energy İnternational Group-un nümayəndə heyəti arasında keçirilmiş görüşün əsas mövzusu Caspian Energy Georgia-nın yaradılması olub.
Azərbaycanın Gürcüstanın strateji partnyoru olduğunu qeyd edən Gürcüstanın baş nazirinin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze birgə layihələrin yüksək templə həyata keçirildiyini xüsusilə vurğulayıb.
Dövlət qurumları səviyyəsində qarşılıqlı anlaşma və möhkəm əməkdaşlıq Gürcüstan və Azərbaycanın özəl sektor nümayəndələri arasında sıx əlaqələrin qurulmasının zəruriliyini şərtləndirir.
Gürcüstan hökumətinin Caspian Energy Georgianın fəaliyyətinin yenilənməsini müsbət qarşıladığını qeyd edən Tedo Caparidze vurğulayıb ki, Klub və media qrup həm regionda, həm də onun hüdudlarından kənarda tanınır.
“Gürcüstan hökuməti Caspian Energy Georgia-ya hər cür dəstək göstərəcək. Biz bugünkü əməkdaşlığımızdan çox məmnunuq”, - deyə baş nazirin müşaviri söyləyib.
O qeyd edib ki, qarşıya qoyduqları əsas məqsədlərdən biri xarici bazarlara çıxış və qonşu ölkələrlə əlaqələrin inkişafıdır. Bununla bağlı cənab Caparidze illik beynəlxalq Caspian Energy Forum Tbilisi-nin yenidən işə başlamısının vacibliyini vurğulayıb.
Gürcüstan hökumətinin Azərbaycanla səmərəli əməkdaşlıqdakı fəal mövqeyini vurğulayan Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Caspian Energy Georgia-nın fəaliyyətinin bu əlaqələrin inkişafına böyük töhvə verəcəyinə əmin olduğunu ifadə edib. O, hökumət üzvlərini 2017-ci il sentyabrın 29-da başlayacaq biznes forumlarda və CEO Lunch Tbilisi-də fəal iştirak etməyə dəvət edib. CEO Lunch Tbilisi hər ayın sonuncu cümə günü təşkil olunacaq. “Maraqlıdır ki, Caspian Enegy Georgia-nın yenidən fəaliyyətə başlaması Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyinə təsadüf edir”, - deyə səfir çıxışına yekun vurub.
Tədbir iştirakçılarına sıralarında dünyanın 50 ölkəsindən 5 min şirkət və təşkilatı birləşdirən Caspian European Club-un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığı barədə məlumat verilib. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır, həmçinin kiçik və orta biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilatı dəstək göstərir. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Telman Əliyev öz növbəsində Caspian European Club və Caspian Energy İnternational Media Group-un fəaliyyətinə göstərilən dəstəyə görə Gürcüstan hökumətinə və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinə minnətdarlığını bildirib.
Gürcüstanın baş nazirinin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidzenin, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun, səfirin ikinci müavini Fəxri Hacıyevin, Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin və Caspian Energy İnternational Media Group-un baş direktoru Rasim Mahmudovun iştirak etdiyi görüşdə həmçinin yaxın 5 il ərzində Caspian Energy Georgia çərçivəsində həyata keçiriləcək planlar və layihələr müzakirə olunub.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 8 d. əvvəl
-
-
19 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 23 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®

























