Azərbaycanda “Silicon Valley” bazasında yeni bir İT akademiyası fəaliyyətə başlayır
(®) NEQSOL Academy, Təhsil İnkişafı Fondu və Technology SNI ilə tərəfdaşlıq edərək, Azərbaycanda innovativ tədris proqramları təqdim edəcək "Peerstack Academy" adlı yeni və inqilabi İT təhsil layihəsinin yaradılmasını elan edir. Bu layihə "peer-to-peer" modeli əsasında həyata keçiriləcəkdir.
"Peerstack Academy" tədris prosesi iştirakçıların birgə çalışmasına əsaslanan və dünya miqyasında tanınan "Qwasar Silicon Valley" platformasından istifadə edən bir tədris metodikasını təklif edir. Bu yanaşma tələbələrə komanda ilə iş bacarıqlarını inkişaf etdirməyə və tədris proqramını uğurla mənimsəməyə kömək edəcək.
Qeyd edək ki, "Qwasar Silicon Valley", Şimali Amerikada İT təhsili sahəsində aparıcı şirkətlərdən biri kimi tanınır. Bu layihə çərçivəsində dünya üzrə 25,000-dən çox iştirakçıya təlim keçirilmişdir. "Qwasar Silicon Valley"nin təsisçisi Kvame Yamgnane həmçinin, innovativ İT tədris metodları ilə beynəlxalq səviyyədə tanınmış "42 school" məktəbinin həmtəsisçisidir. Kvame və komandası bu zəngin təcrübəyə və "42 school"un uğurlu nəticələrinə əsaslanaraq, tələbələrin inkişafını və nəticələrini daha da səmərəli etmək üçün təsdiqlənmiş metodologiyalar tətbiq etmişdir.
NEQSOL Academy tədris haqqının böyük bir hissəsini qarşılamaqla iştirakçılara dəstək olacaq. İlk mərhələdə proqramdan 250 iştirakçı yararlana biləcək və dərslər Azərbaycan Texniki Universitetinin korpuslarının birində yerləşən yeni kampusda keçiriləcək.
NEQSOL Academy-dən təqaüd qazanmaq şansını qaçırmayın! Peerstack Academy-də təhsil almaq və İT təhsilinin bir hissəsinə çevrilmək üçün indi müraciət edin.
Peerstack Academy haqqında daha ətraflı məlumat üçün peerstack.tech rəsmi saytına və sosial media hesablarımıza (facebook.com/peerstack.tech, instagram.com/peerstack.tech və linkedin.com/company/peerstack-academy/) keçid edin.
NEQSOL Holding — telekommunikasiya, energetika, inşaat və yüksək texnologiyalar kimi sahələrdə fəaliyyət göstərən, 11 ölkədə 12 000-dən çox işçisi olan beynəlxalq şirkətlər qrupudur. NEQSOL Academy NEQSOL Holding-in işçiləri və əsas tərəfdaşları üçün beynəlxalq səviyyədə tanınmış təhsil müəssisələrinin onlayn məzmununu təqdim edən rəqəmsal təhsil platforması kimi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 4 saat sonra
-
9 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























