Dünyanın ilk rəsmi rəqəmsal valyutası tədavülə hazırlanır
Estoniya dünyanın ilk rəsmi rəqəmsal valyutasının tədavülə buraxılması üçün hazırlıqlara başladığını açıqlayıb. Yeni yaradılan kriptovalyutanın adı "Estcoin" olacaq.
Qeyd edək ki, Estoniya kiçik bir ölkə olmasına baxmayaraq, texnologiya sahəsində təşəbbüskarlığı ilə tanınır. Məhz Estoniya hökumətinin yaratdığı e-vətəndaşlıq (e-Residency) sistemi dünya tərəfindən uğurlu nümunə kimi qiymətləndrilir. Bu sistemlə insanlar Estoniyaya getmədən Avropa İttifaqında şirkət qurmaq və hökumətin elektron xidmətlərindən istifadə etmək imkanı əldə edirlər.
Estoniyadakı "e-Residency"nin direktoru Kaspar Korjus kriptovalyuta emissiyası həyata keçirmək istədiklərini bildirib. Emissiyanın nə zaman baş tutacağı barədə açıqlama verməyən K.Korjus valyutanın dəyərinin müəyyən edilməsi üçün işlərin aparıldığını qeyd edib. Xatırladaq ki, "Estcoin" layihəsində "Etherium" virtual valyutanın yaradıcısı Vitalik Buterin məsləhətçi kimi iştirak edir.
© Report
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir


























