"Qızıl qlobal risklərdən qorunma alətidir, 3000 dollaradək bahalaşacaq"
Qızıl qiymətləri keçən həftə 5 faizdən çox artaraq, 2023-cü ilin martından bəri ən yaxşı həftəlik performansını qeyd edib. UBS son hesabatında qızılın geosiyasi gərginliyə qarşı üstünlük verilən hedcinq olduğunu bildirib.Qlobal investisiya bankı UBS 2025-ci ilin sonuna qədər bir unsiya qızılın qiymətinin 2900 dollara çatacağı ilə bağlı proqnozunu saxlayır.
Marja-nın məlumatına görə, UBS qeyd edib ki, Rusiya və Ukrayna arasında artan raket hücumları "təhlükəsiz sığınacaqlara" olan tələbatı artıraraq qızıl qiymətlərini yüksəldib.
Qızılın unsiyasının qiyməti cümə günü təxminən 2706 dollara satılaraq, 2023-cü ilin mart ayından bəri həftəlik 5,3 faiz artımla ən güclü həftəlik bahalaşmanı qeyd edib. Bu səviyyə qızılın oktyabrın sonunda gördüyü 2800 dollarlıq rekord bağlanış qiymətindən cəmi 3,4 faiz aşağıdır.
UBS Financial Services-in baş investisiya direktoru Solita Marcellinin rəhbərlik etdiyi komanda qızılın geosiyasi gərginliyə qarşı “üstünlük verilən qorunma aləti” olduğunu bildirib.
UBS-in dərc etdiyi hesabatda, “Rusiyanın Ukraynanın şərqinə raketlər atması bölgədəki gərginliyi ciddi şəkildə artırıb” ifadəsi yer alıb. Bu hadisə Ukraynanın qabaqcıl qərb raketlərini Rusiya hədəflərinə yönəltməsindən və Moskva Şimali Koreya əsgərlərini münaqişə zonalarına göndərdikdən sonra baş verib.
UBS-in 2025-ci il üçün qızıl proqnozu 2 min 900 dollardır
UBS 2025-ci ilin sonuna qədər qızılın 2900 dollara çatacağı ilə bağlı proqnozunu saxlayır. Hesabatda qızılın təkcə geosiyasi risklərə qarşı deyil, həm də dövlət borcunun səviyyəsinin artması kimi siyasi təzyiqlərə qarşı güclü hedcinq olduğu vurğulanıb.
UBS-in analitikləri 2026-cı ilin sonuna qədər qızılın unsiyasının qiymətinin daha da artaraq 2950 dollara çatacağını proqnozlaşdırırlar.
UBS komandası ABŞ dollarının qısa müddətdə güclü qala biləcəyini bildirsə də, bu güc məhduddur və dolların daha da bahalaşmaqda çətinlik çəkdiyini qeyd edib. Bundan əlavə, bir çox mərkəzi banklar dollar ehtiyatlarını azaldıb və qızıl ehtiyatlarını artırıblar. Bu tendensiya Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi və Tramp administrasiyasının tarif siyasətinin nəticəsi hesab edilir.
Qızıl bu il təxminən 31 faiz bahalaşıb
Qızıl qiymətləri il ərzində 30,7 faiz artımla diqqət çəkərkən, S&P 500 indeksi 25 faiz artıb. S&P 500, Dow Jones və Nasdaq indeksləri həftə ərzində təxminən 1,6 faiz dəyər qazanıblar.
Qızıl həm siyasi, həm də iqtisadi qeyri-müəyyənliklərin davam etdiyi bir mühitdə təhlükəsiz "liman" statusunu gücləndirməyə davam edir.
Digər qlobal investisiya bankı Goldman Sachs da qızılın unsiyasının qiymətinin yeni rekord həddə çatacağı ilə bağlı proqnozunu dəyişməyib.
Goldman Sachs, mərkəzi bankların alışları və ABŞ-ın faiz endirimlərinin təsiri ilə qızıl qiymətlərinin gələn il rekord səviyyələrə yüksələ biləcəyini açıqlayıb. Bank qızılı 2025-ci ildə ən çox alqı-satqıya məruz qalacaq əmtələr sırasına daxil edib və Donald Trampın prezidentliyi dövründə qiymətlərin daha arta biləcəyini qeyd edib.
Bankın analitikləri dərc etdikləri hesabatda 2025-ci ilin dekabrına qədər qızılın unsiyasının 3000 dollara çatmasını gözlədiklərini təkrarlayıblar. Analitiklər qızıl qiymətlərinin mərkəzi bankların yüksək tələbi ilə dəstəkləndiyini, FED-in faiz dərəcəsini aşağı salmasının da yüksəlişə səbəb ola biləcəyini vurğulayıblar.
Həmçinin Goldman Sachs bəyan edib ki, Tramp administrasiyasının ticarət gərginliyini artırması qızıl külçədə spekulyativ mövqeləri canlandıra bilər. Analitiklər ABŞ-ın maliyyə dayanıqlığı ilə bağlı artan narahatlığın mərkəzi bankların, xüsusən də daha böyük həcmdə ABŞ istiqrazlarına malik olan mərkəzi bankların daha çox qiymətli metallar almasına səbəb ola biləcəyini qeyd ediblər.
Digər əmtəələr ilə bağlı proqnozlar
Goldman Sachs 2025-ci ildə Brent markalı neftin bir barelinin 70-85 dollar arasında satılacağını proqnozlaşdırır. Bununla belə, Bank qeyd edib ki, Tramp administrasiyası İrandan neft axınını məhdudlaşdırarsa, qısa müddətdə yuxarı istiqamətli dəyişiklik ola bilər. Analitiklər həmçinin bəyan ediblər ki, ABŞ-ın İsrailə dəstəyini artırması İranın neft aktivlərinin azaldılması ehtimalını gücləndirə bilər.
Əsas metallara, xüsusən də dəmirə üstünlük verildiyini qeyd edən bank, Avropa qaz bazarının hava şəraiti səbəbindən qısamüddətli yüksəliş ilə üzləşdiyini bildirib.
Goldman Sachs-ın bu təhlilləri göstərir ki, qlobal bazarlarda qızıl və digər əmtəələrin qiymət hərəkətləri yaxından izlənilməlidir.
Müştərilərin xəbərləri
Azərbaycanda da fəaliyyət göstərən maliyyə nəhənginin dövriyyəsi 3,45 trilyon dollara çatıb - TARİXİ REKORD
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
9 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
7 d. əvvəl
İstiqrazlara dövlət zəmanəti verilərsə, faizlər azı 3 bənd azala bilər
-
25 d. əvvəl
Beynəlxalq süni intellekt şirkəti Azərbaycanda ofis aça, yerli mütəxəssislər işə götürülə bilər
- 28 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
Süni intellekt nəhəng şirkətin mənfəətini 7 dəfədən çox artırıb – Səhmləri 11%-ə yaxın bahalaşıb
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank biznes krediti götürənləri 12 aylıq xidmət haqlarından azad edir ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Beynəlxalq süni intellekt şirkəti Azərbaycanda ofis aça, yerli mütəxəssislər işə götürülə bilər
2000 manat kredit üçün aylıq 191 manat ödəniş ®
Süni intellekt nəhəng şirkətin mənfəətini 7 dəfədən çox artırıb – Səhmləri 11%-ə yaxın bahalaşıb
Ən çox oxunanlar
BOKT-larla bağlı qanunvericiliyə dəyişikliklər ediləcək
Oktyabrın 29-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhənginin illik gəlirləri 400 milyon manatı ötüb - ŞİRKƏT BÖYÜYÜB
Azərbaycanda da fəaliyyət göstərən maliyyə nəhənginin dövriyyəsi 3,45 trilyon dollara çatıb - TARİXİ REKORD























