Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı Limanında görünməmiş TIR aşırımı - ciddi artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Limanında görünməmiş TIR aşırımı - ciddi artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-cı ildə Bakı Limanında yükaşırma 47 faiz artıb.

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən  bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının diversifikasiyasına yönəlmiş siyasətinin tələblərinə cavab verərək, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC xarici yüklərin cəlb olunması, Limanda dünya standartlarına cavab verən əməliyyat standartların tətbiqi üçün fəaliyyətini davam etdirib. Nəticədə 2016-cı ildə Bakı Limanında bütün istiqamətlər üzrə ciddi artım qeydə alınıb. Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 47 faiz artaraq 4,5 milyon tona çatıb. Yükaşırmanın 87 faizi tranzit yükaşırmanın payına düşüb.

 

ƏN BÖYÜK ARTIM TIR AŞIRILMASINDADIR

 

Eyni zamanda ən böyük artım təkərli texnikanın xüsusən də, irihəcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3 dəfəyə yaxın artıb və rəqəm ifadəsində 23 min 415 ədəd irihəcmli nəqliyyat vasitəsi təşkil edib. Məlumat üçün qeyd edək ki, bu rəqəm keçən ilin müvafiq dövründə 8756 ədəd olub. Bunların 13 min 791 ədədi (58,3 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 9850 ədədi (41,7 faiz) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

 

2015-ci il ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 28,5 faiz artaraq 17 min 100 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 2 dəfəyə yaxın (87,5 faiz) artaraq 1 milyon 575 min tona çatıb. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 17,4 faiz artaraq 36 min 896 ədədə çatıb. Bunlardan 11 min 109 vaqon (30,1 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 25 min 787 (69,9 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artaraq 20 min 203 nəfər olub.

 

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 418,1 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti materiallarının idxalının payına düşüb.

09.01.2017 08:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ