970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın sədrliyi ilə yaradılan beynəlxalq təşkilat fəaliyyətə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın sədrliyi ilə yaradılan beynəlxalq təşkilat fəaliyyətə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

25 noyabr tarixində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu”nun Beynəlxalq Assosiasiyasının təsisçilərinin Ümumi Yığıncağının iclası keçirilib.

Azərbaycanın sədrliyi ilə təşkil olunan iclasda Assosiasiya üzvü olan Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmiryol administrasiyalarının rəhbər heyəti iştirak edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov məlumat verib ki, mənzil-qərargahı Bakıda yerləşən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qeydiyyatı ilə bağlı hüquqi proses başa çatıb və Assosiasiya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə uğurla qeydiyyatdan keçib.

ADY sədri Çindən Avropaya və əks istiqamətə yükdaşımalarda artımın müşahidə edildiyi bir vaxtda marşrutların şaxələndirilməsinə ehtiyac yarandığını bildirib və bu məqsədlə Avrasiya Nəqliyyat Marşrutunun fəaliyyətinin tam təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Orta Dəhlizin cənub qanadı hesab edilən Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir. Artıq bu aydan Çinin Qaşqar şəhərindən Azərbaycana Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə multimodal daşımalara başlanılıb.

Bildirilib ki, Özbəkistan–Qırğızıstan–Çin dəmir yolunun inşası da Avrasiya Nəqliyyat Marşrutunun rolunu artıracaq. Həmçinin bu Marşrut Orta Dəhlizlə Trans-Əfqan dəhlizi arasında əlaqə yaratmaqla Əfqanıstan və Pakistan üçün yeni imkanlar açacaq.

ADY sədri Orta Dəhlizin cənub qanadının inkişafının Azərbaycana Mərkəzi Asiya ilə Avropa arasında əsas körpü olmağa və ölkə ərazisindən tranzit həcmlərini artırmağa şərait yaradacağını, eyni zamanda, Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu kimi mühüm infrastrukturdan maksimum istifadə olunacağını, Zəngəzur dəhlizinin isə bu imkanları daha da genişləndirəcəyini deyib.

Tədbirdə Assosiasiyanın fəaliyyətə başlaması üzrə zəruri tədbirlər müzakirə edilib. Müzakirələrdən sonra gündəlikdə dayanan məsələlər – Assosiasiyanın korporativ strukturunun, Katibliyinin və işçi orqanlarının strukturu, Assosiasiyanın fəaliyyətinin təşkilinə dair planlaşdırılan tədbirlər və digər məsələlər təsdiqlənib.

Həmçinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı üzrə komitə və dispetçerləşdirmə, infrastrukturun inkişafı, kommersiya, rəqəmsallaşma, marketinq, kommunikasiya və hüquqi məsələlər üzrə xüsusi işçi qruplarının əsasnamələrinin və 2026-cı il üçün ətraflı marketinq planı layihələrinin hazırlanması, razılaşdırılmış layihələrin növbəti ümumi yığıncağın müzakirəsinə təqdim edilməsi qərara alınıb.

Müəyyən edilib ki, Beynəlxalq Assosiasiyanın fəaliyyətinin təşkili üzrə bir sıra tədbirlər həyata keçirilməli, o cümlədən Avrasiya Nəqliyyat Marşrutu üzrə intermodal daşımalarda mövcud vəziyyət təhlil edilməli, Marşrutun diaqnostikasının aparılması məqsədilə darboğazlar aşkar edilməli və aradan qaldırılmalı, daşımaların idarə olunması üçün İT həllər və rəqəmsal platformalar tətbiq olunmalı, Avrasiya Nəqliyyat Marşrutu üzrə məhdudiyyətlərin və darboğazların aradan qaldırılması üçün plan-qrafik, resurslar və prioritetlər müəyyənləşdirilməli, marşrutun inkişafı təmin edilməlidir.

Bundan başqa, Assosiasiya ilə Avrasiya regionunun maraqlı tərəfləri (o cümlədən Mərkəzi Avropa ölkələri, Çin, Pakistan) və beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin qurulması, Marşrutun Avrasiya intermodal nəqliyyat xidmətləri bazarında tanıdılması və mövqelərinin möhkəmləndirilməsi məqsədilə onun təşviqi üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Xatırladaq ki, 20 sentyabr 2024-cü ildə Bakıda ADY, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılıb. Assosiasiyanın yaradılmasında məqsəd tranzit yüklərin cəlbi, inteqrasiya edilmiş logistika məhsullarının inkişafı, daşıma prosesləri üzrə vahid texnologiyanın yaradılması, səmərəli tarif siyasətinin həyata keçirilməsi və xərclərin optimallaşdırılmasıdır.

Assosiasiyaya Azərbaycanın sədrlik etməsi ADY-nin regionun əsas operatorlarından biri kimi mövqeyini gücləndirir, Azərbaycanı Orta Dəhlizin cənub qolunun bütün marşrutu boyunca tranzitin təşkili üzrə əsas qərarların qəbul edildiyi strateji dispetçer mərkəzinə çevirir. Bu, şirkətə tarif siyasətinin formalaşdırılmasına, logistika prosedurlarının standartlaşdırılmasına və daşımaların koordinasiyası üçün rəqəmsal platformaların inkişafına təsir göstərmək imkanı verir, həmçinin dəmir yolu layihələrinə beynəlxalq sərmayələr cəlb etməyə şərait yaradır

Avrasiya Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiya Bakı Azərbaycan Dəmir Yolları ADY Rövşən Rüstəmov Çin-Avropa yükdaşımaları Orta Dəhliz cənub qanadı Qırğızıstan Tacikistan Özbəkistan Türkmənistan Gürcüstan Türkiyə multimodal daşımalar Qaşqar-Bakı dəmir yolu Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu Trans-Əfqan dəhlizi Əfqanıstan-Pakistan tranziti Bakı Limanı Bakı-Tbilisi-Qars dəmir yolu Zəngəzur dəhlizi tranzit həcmləri infrastruktur dispetçerləşdirmə kommersiya rəqəmsallaşma marketinq kommunikasiya hüquqi məsələlər işçi qrupları intermodal daşımalar İT həllər rəqəmsal platforma darboğazların aradan qaldırılması plan-qrafik resursların idarəsi Avrasiya regionu tərəfdaşlıq beynəlxalq təşkilatlar logistik məhsullar səmərəli tarif siyasəti xərclərin optimallaşdırılması strateji dispetçer mərkəz daşımaların koordinasiyası beynəlxalq sərmayələr
25.11.2025 17:04
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18