Neft nəhənglərinin mənfəəti 14% düşüb - 26 milyard dollarlıq azalma
Dünyanın ən böyük 12 neft şirkətinin yanvar-sentyabr dövründə əldə etdiyi ümumi mənfəət, ötən ilin eyni dövrünə nisbətən təxminən 26 milyard dollar azalaraq orta hesabla 160 milyard dollara geriləyib.
Marja.az xəbər verir ki, ABŞ-ın ExxonMobil, Chevron, ConocoPhillips, Halliburton, Schlumberger və Baker Hughes, Hollandiyanın Shell, Böyük Britaniyanın bp, Fransanın TotalEnergies, İtalyanının Eni, Norveçin Equinor və Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco-nun 2025-ci ilin 9 aylıq dövründə ümumi mənfəəti təxminən 160 milyard dollar olub.
Həmin şirkətlər keçən ilin eyni dövründə təxminən 186 milyard dollar mənfəət əldə etmişdi. Beləliklə, ümumi mənfəət 14% azalaraq 160 milyard dollara düşdü.
Bu dövrdə Saudi Aramco-nun mənfəəti 6,5% azalaraq 78,8 milyard dollara, ExxonMobil-in mənfəəti isə 14,5% azalaraq 22,3 milyard dollara enib.
Ən böyük azalma Equinor-da
Shell 23,5%-lik azalma ilə 15,3 milyard dollar, TotalEnergies 15,2% azalma ilə 11,7 milyard dollar, Chevron isə 34% azalma ilə 9,5 milyard dollar mənfəət açıqlayıb.
bp-nin mənfəəti 23,4% azalaraq 5,9 milyard dollar təşkil edib.
Equinor-un mənfəəti 40,5% azalaraq 4,4 milyard dollara, Eni-nin mənfəəti 13,7% azalaraq 4,4 milyard dollara, Schlumberger-in mənfəəti isə 26,5% azalaraq 2,5 milyard dollara düşüb.
ConocoPhillips 4,8% azalma ilə 2 milyard dollar, Baker Hughes isə 5,5% azalma ilə 1,7 milyard dollar mənfəət elan edib. Halliburton isə 25% azalma ilə 1,5 milyon dollar mənfəət açıqlayıb.
Azşağı neft qiymətləri mənfəətin azalmasına səbəb olub
Beynəlxalq data şirkəti "Primary Vision Network"un Enerji və İqtisadiyyat analitiki Osama Rizvi ilin boyunca zəif tələb, ABŞ-dakı gömrük tarifləri böhranı və geosiyasi risklərin neft qiymətləri üzərində aşağı yönlü təzyiq yaratdığını bildirib və qeyd edib:
“Şirkətlənin mənfəətlərinin azalmasının əsas səbəbi neft qiymətlərindəki geriləmə olub.”
Rizvi ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) 2025-ci ilin noyabr ayı Qısa Müddətli Enerji Proqnozları Hesabatında gələn il neft qiymətlərinin 2025-ci ilin orta qiymətindən də aşağı olacağı proqnozunun verildiyini xatırladaraq deyib:
“Bu vəziyyət böyük neft şirkətləri üçün mənfəət təzyiqinin gələn il də əsas mövzu kimi davam edəcəyinə işarə edir. Geosiyasi hadisələr qısa müddətli qiymət sıçrayışları yarada bilər, amma yüksək diapazonda qalıcı toparlanma ehtimalı zəifdir.”
Rizvi qlobal neft bazarlarında yüksək təklif və potensial neft artıqlığı riskinin olduğunu vurğulayıb:
“Bəzi göstəricilər rekord səviyyədə təklif artıqlığı olduğunu, bəziləri isə bunun şişirdildiyini deyir, həqiqət isə hər ikisinin ortasındadır.”
O həmçinin qeyd edib ki, OPEC-dən kənar istehsal göstəriciləri təklifin yüksək səviyyədə qalacağını göstərir və bu, EIA-nın ABŞ istehsalının 2026-cı ildə gündəlik 13,6 milyon barelə çatacağı proqnozu ilə üst-üstə düşür.
Tələb tərəfində ABŞ iqtisadiyyatının gedişatına dair suallar, Çində qısamüddətli yavaşlama və Avrozonadakı struktur problemlər istehlakda güclü bərpanı məhdudlaşdırır.
Rizvi investorların xüsusilə Yaponiyadan gələn siqnalları izləməli olduğunu, bu göstəricilərin qlobal iqtisadiyyatın vəziyyətini daha aydın göstərəcəyini qeyd edib.
“Təklif artıqlığı dövrünün 2026-cı ilə qədər davam edəcəyi gözlənilir”
Londonda yerləşən "Energy Intelligence Group"un Neft bazarı iqtisadçısı Julien Mathonniere bildirib ki, əgər neft qiymətləri daha da düşərsə və aşağı səviyyələrdə qalarsa, daha zəif şirkətlər satınalmalara daha açıq vəziyyətə düşəcək və bazarda konsolidasiya sürətlənə bilər.
Mathonniere bazarın təklif artıqlığı dövrünə girdiyini vurğulayaraq deyib:
“Təklif artıqlığı dövrünün 2026-cı ilə qədər davam edəcəyi gözlənilir. Bu şəraitdə qiymətlərin bazarı yenidən tarazlamağa kömək etməsi lazım olacaq və bu, xüsusilə OPEC-dən kənar istehsalçılardan gələn təklifin bir hissəsinin sıxışdırılması ilə reallaşa bilər. Bu isə bəzi şirkətlərin 2026-cı ilə doğru qiymət mənbəli əlavə çətinliklərlə qarşılaşacağı deməkdir.”
O əlavə edib ki, ExxonMobil, Chevron, Shell, TotalEnergies və bp-dən ibarət beş böyük neft şirkəti analitik gözləntilərinin üzərində və ya paralel nəticələr açıqlayıb:
Mathonniere, ehtiyatların artdığını hiss edən neft bazarında qiymətlərin aşağı yönlü hərəkət edəcəyini bildirərək deyib:
“Ümumilikdə Brent-in 2026 boyunca 50–60 dollar aralığında qalacağını gözləyirik. Bu ilin qalanı üçün Brent proqnozumuz orta hesabla 68 dollardır. Amma gələn il üçün daha ehtiyatlıyıq. Brent-in illik ortalama 65 dollar civarında olacağını proqnozlaşdırırıq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
22 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
23 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
23 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi










.jpg)







.jpg)



