Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
Qızıl oktyabrın sonlarında baş verən kəskin geri çəkilmə zamanı itirdiyi mövqelərin böyük hissəsini bərpa edərək dekabrın sonuna doğru yenidən rekord əraziyə qayıdıb.
Marja xəbər verir ki, “sarı metal” 29 dekabr tarixində yeni tarixi maksimuma yüksələrək, 2025-ci ildə 64 faiz artımla 1979-cu ildən bəri ən güclü ilini tamamlayıb. 2023-cü ilin əvvəlindən etibarən isə qızılın ümumi artımı təxminən 140 faizə çatıb.
UBS strateqləri — Giovanni Staunovonun rəhbərliyi ilə — qeydlərində bildiriblər ki, “qızıl dekabrın sonlarında ABŞ dollarının zəifləməsi, geosiyasi gərginliklər, institusional qeyri-müəyyənliklər və mövsümi likvidliyin aşağı səviyyəsi fonunda real aktivlərə tələbin artması hesabına yeni rekord hədlərə yüksəlib”.
Son yüksəlişin miqyasına baxmayaraq, UBS hesab edir ki, fundamental mənzərə 2026-cı ildə də qiymətlərin daha da artmasını dəstəkləyir. Strateqlər ABŞ-da real faiz dərəcələrinin kəskin azalmasına diqqət çəkirlər. Onların fikrincə, bu proses gəlir gətirməyən aktivlərə, o cümlədən qızılaa təlabatı artırır.
Bununla yanaşı, həm investorlar, həm də mərkəzi banklar tərəfindən qızıla tələbat rekord səviyyələrə yaxın olaraq qalır. İnkişaf etmiş iqtisadiyyatlarda dövlət borclarının artması ilə bağlı narahatlıqlar da qızılın dəyərin qorunması aləti kimi cəlbediciliyini gücləndirir. Bu amillərin məcmusu bu il yeni rekord səviyyələrin mümkün ola biləcəyini göstərir.
“Qızıl üzrə mövqeyimiz müsbət olaraq qalır,” – deyə strateqlər yazıblar və bu yaxınlarda 2026-cı ilin mart ayı üçün qızıl üzrə qiymət hədəflərini unsiya üçün 5000 dollara yüksəltdiklərini qeyd ediblər.
“Biz düşünürük ki, qızılın diversifikasiya və risklərdən qorunma vasitəsi kimi rolu zəifləməyib" – deyə əlavə ediblər.
Son geosiyasi hadisələr də külçə qızılın müdafiə xarakterini daha da gücləndirib. UBS ABŞ ordusunun ötən həftəsonu Venesuela Prezidenti Nikolas Maduronun gözlənilmədən ələ keçirilməsini vurğulayıb ki, bu hadisə bazarlarda geniş rezonans doğurub.
Bank həmçinin struktur tələbat meyllərinin də davamlı dəstək verdiyini bildirir. Strateqlər mərkəzi bankların 2025-ci ildə qızıl alışlarının 900–950 ton səviyyəsinə çatacağını proqnozlaşdırırlar ki, bu da əvvəlki ilin rekord göstəricisindən bir qədər aşağıdır.
UBS ümumi qlobal qızıl tələbatının təxminən 4850 ton olacağını gözləyir. Bu isə 2011-ci ildən bəri ən yüksək səviyyə deməkdir.
Bununla paralel olaraq, UBS inkişaf etmiş iqtisadiyyatlarda dövlət borcunun kəskin artımına da diqqət çəkir. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, bu göstəricinin cari ildə ÜDM-in təxminən 110 faizinə çatacağı, 20 il əvvəlki təqribən 75 faiz səviyyəsindən xeyli yüksək olduğu və onilliyin sonuna doğru 118 faizə yüksələcəyi proqnozlaşdırılır.
Digər tərəfdən, HSBC-nin əmtəə üzrə strateqləri qızıl qiymətlərinin artıq 2026-cı ilin birinci yarısında 5000 dollara çata biləcəyini düşünürlər.
“Biz qiymətlərin 2026-cı ilin ilk yarısında 1 unsiya üçün 5.000 dollar səviyyəsinə və ya bu səviyyəyə yaxın ticarət olunacağını gözləyirik. Lakin mümkündür ki, 2026-cı il irəlilədikcə bahalaşma tempi zəifləsin,” – deyə strateq Ceyms Stil qeydlərində yazıb.
HSBC-nin analitiki Ceyms Stilin fikrincə, geosiyasi risklər, artan fiskal təzyiqlər və davamlı investisiya tələbi fonunda qızılın qiyməti 2026-cı ilin birinci yarısında 1 unsiya üçün 5000 dollara yüksələ bilər. O, ticarətin dəyişkən qalacağını, kəskin geri çəkilmələrin mümkün olduğunu gözləsə də, yaxın perspektivdə güclü fundamental dəstəyin mövcud olduğunu bildirir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























