“Buckswood School Baku” fəaliyyətə başladı - FOTO/VİDEO
(®) Britaniya təhsil brendi “Buckswood School” Azərbaycanda rəsmi fəaliyyətə başladı
Təməli 1933-cü ildə Böyük Britaniyada qoyulan “Buckswood School”un Bakı filialının bu gün açılışı olub. Qeyd edək ki, “Buckswood School Baku” Azərbaycanda birbaşa Böyük Britaniya tərəfindən təsis edilən və akkreditasiyadan keçmiş ilk beynəlxalq məktəbdir. Məktəbin açılışı Britaniyadakı əsas mərkəzin rəhbərliyi tərəfindən həyata keçirilib.
Açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld, Gürcüstan və Yunanıstan səfirliklərinin nümayəndələri, həmçinin Buckswood School-un Böyük Britaniyadakı əsas kampusunun rəhbəri Kevin Samson, British Council və British Chamber of Commerce təşkilatlarının təmsilçiləri iştirak ediblər.Tədbirdə beynəlxalq diplomatik və təhsil qurumlarının iştirakı məktəbin qlobal əhəmiyyətini və nüfuzunu nümayiş etdirib.
Böyük Britaniyanın beynəlxalq səviyyədə tanınan təhsil brendi Buckswood School tərəfindən təsis edilən Buckswood School Baku Böyük Britaniyada formalaşmış akademik yanaşma və beynəlxalq təhsil standartları əsasında yaradılıb.
“Buckswood School Baku”-da təhsil Britaniya Milli Təhsil Sistemi (British Curriculum) üzrə qurulub və iPrimary, iLower Secondary, IGCSE və A-Level proqramlarını əhatə edir. Tədrisin keyfiyyətini təmin etmək məqsədilə siniflər maksimum 5 şagirdlik tərkibdə formalaşdırılıb ki, bu da hər bir şagirdə fərdi yanaşma və daha səmərəli akademik inkişaf imkanı yaradır. Məktəb şagirdlər üçün akademik biliklərlə yanaşı texnoloji bacarıqlar, yaradıcılıq və fiziki inkişafı birləşdirən balanslı təhsil modeli təqdim edir.
Məktəbin beynəlxalq proqramları çərçivəsində şagirdlər tədris dövrü ərzində İngiltərəyə səfər edərək Buckswood School UK-də mübadilə proqramında iştirak edirlər. Proqram zamanı şagirdlər Britaniya təhsil sisteminə uyğun imtahanlarda iştirak edir, tədris prosesinin praktiki tətbiqi ilə yaxından tanış olurlar. Onlar İngiltərədə dərslərə qatılaraq həm akademik, həm də mədəni təcrübə qazanırlar. Sözügedən səfərin yol və yaşayış xərcləri şagirdlərin illik təhsil ödənişinə daxildir.
“Buckswood School Baku” geniş və tam təhlükəsiz kampusa malikdir. Kampusda böyük futbol meydançası, daxili idman zalı, geniş kitabxana, müasir texniki avadanlıqlarla təchiz olunmuş kompüter otaqları, elmi və praktik laboratoriyalar, rahat yeməkxana və şagirdlər üçün yataqxana fəaliyyət göstərir. Qeyd edək ki, “Buckswood School Baku” Bakıda Britaniya yatılı təhsil modeli əsasında fəaliyyət göstərən ilk və yeganə beynəlxalq məktəbdir.
Məktəbi bitirən şagirdlər Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən bir çox nüfuzlu universitetlərə, o cümlədən ingilis dili üzrə bakalavr proqramlarına əlavə qəbul imtahanları olmadan müraciət etmək imkanı əldə edirlər.
1933-cü ildən etibarən Böyük Britaniyada formalaşan Buckswood School bu gün müxtəlif ölkələrdə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təhsil şəbəkəsi kimi tanınır. Bakı filialının açılması ilə bu təhsil modeli ilk dəfə olaraq Azərbaycanda tətbiq olunur və ölkədə beynəlxalq standartlara əsaslanan Britaniya təhsilinin inkişafına yeni imkanlar yaradır.
Ünvan: Bakı şəhəri, Bilgəh qəsəbəsi
Əlaqə: (+994 10) 110 1933
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 4 saat sonra
-
9 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























