Nazirə yeni müşavir təyin edilib
Bakının İcra başçısı Eldar Əzizovun oğlu nazirə yeni müşavir təyin edilib. Şamil Əzizov Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.
Məlumata görə, müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov gətirilib.
Qeyd edək ki, bununla nazirin müşavirlərinin sayı üçə çatıb.
Qeyd edək ki, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur. Ş.Əzizov bundan əvvəl Heydər Əliyev Fondunda çalışıb.
O, 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Texniki sistemlərdə idarəetmə və informatika”, 2007-ci ildə İngiltərənin (Böyük Britaniya) Oxford Brookes University “Mühasibat və maliyyə” və Azərbaycan Dövlət Neft Akademiyasını “kompüter riyaziyyatı”, həmçinin 2008-ci ildə İsveçrənin Webster University in Geneva “Biznesin idarə edilməsi” ixtisasları üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə 2010-cu ildə Ernst&Young Şirkətində mütəxəssis kimi başlayaraq auditor və ekspert vəzifələrində çalışmışdır.
2011-2019-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin Birgə layihələr şöbəsində iqtisadçı və aparıcı iqtisadçı, 2019-2020-ci illərdə Heydər Əliyev Mərkəzinin Layihələrin İdarə Edilməsi Departamentində aparıcı mütəxəssis və baş mütəxəssis, 2020-2026-cı illərdə “Regional İnkişaf” İctimai Birliyində ekspert və Heydər Əliyev Mərkəzində direktorun köməkçisi vəzifələrində işləmişdir.
22 may 2026-cı il tarixindən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyir.

© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 50 d. sonra
-
12 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
19 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 30 d. əvvəl
-
41 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 52 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























