Qəhvə qiymətləri "El Nino" narahatlığı fonunda kəskin bahalaşıb
Arabica qəhvəsi üzrə fyuçers müqavilələri Braziliyada əlverişsiz hava şəraiti və qısamüddətli təklifin daralması səbəbindən kəskin bahalaşıb. Nyu-Yorkda qiymətlər 18,5 faizə qədər artaraq yanvar ayından bəri ən yüksək səviyyəyə yüksəlib.Qlobal qəhvə bazarında El Nino ilə bağlı hava riskləri yenidən qiymətlərə təsir göstərməyə başlayıb.
Marja xəbər verir ki, Dünyanın ən böyük qəhvə istehsalçısı olan Braziliyada əlverişsiz hava şəraitinin məhsul yığımının tempini zəiflətməsi və qısamüddətli təklifin məhdud qalmaqda davam etməsi Arabica qəhvəsində kəskin bahalaşmaya səbəb olub.
Nyu-Yorkda ticarət olunan Arabica qəhvəsi üzrə fyuçers müqavilələri bazar ertəsi gün ərzində 18,5 faizə qədər bahalaşaraq 3,57 dollar səviyyəsinə çatıb.Bununla da qiymətlər yanvar ayından bu yana ən yüksək həddə yüksəlib, müqavilələrdə isə 2000-ci ilin iyulundan bəri ən kəskin gün içi artım qeydə alınıb.
Bazarda əsas diqqətçəkən məqam ondan ibarətdir ki, Braziliyada əvvəlcə güclü məhsul gözləntisi ön plana çıxsa da, hava şəraiti sahədəki mənzərəni dəyişib. Əlverişsiz hava bu il məhsul yığımının sürətini zəiflədib, istehsalçıların isə daha yüksək qiymət gözləntisi ilə satışa tələsməməsi bazardakı gərginliyi artırıb.
Qəhvə qiymətlərindəki artımı dəstəkləyən digər amil ehtiyatların azalmasıdır. Birja nəzarətindəki anbarlarda saxlanılan Arabica ehtiyatları 2 iyul tarixinə ardıcıl 9 ticarət günü ərzində azalıb və 2024-cü ilin martından bəri ən aşağı səviyyəyə enib.
İyulun ortalarında Braziliyanın geniş bir hissəsində yağıntılar gözlənilir və bu, qəhvə də daxil olmaqla bəzi məhsullar üçün mənfi təsir göstərə bilər. Bu vəziyyət həftədən-həftəyə güclənən El Nino ilə birbaşa bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
8 d. əvvəl
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
- 47 d. əvvəl
-
1 saat əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
2 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub
Bu biznes gəlirlərdən 1 faiz vergi ödəməli olacaq
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Ən çox oxunanlar
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər























