Çinin süni intellekt şirkəti DeepSeek öz çipini hazırlayır
Son dövrdə qlobal miqyasda böyük rezonans doğuran Çinin süni intellekt startapı DeepSeek xarici asılılığını azaltmaq məqsədilə öz süni intellekt çipini hazırlamaq üçün hərəkətə keçib.Reuters-in mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, son dövrlərdə Çinin ən populyar texnologiya brendlərindən birinə çevrilən DeepSeek mikroçip dizaynı sahəsinə daxil olur.
Marja xəbər verir ki, Şirkətin hazırladığı yarımkeçirici avadanlığın mövcud böyük dil modellərinin öyrədilməsi üçün deyil, sistemin istifadəçilərdən gələn sorğulara cavab verməsini təmin edən hesablama gücünü optimallaşdırmaq məqsədilə dizayn edildiyi qeyd olunur.
Bu strateji addım uğurla nəticələnərsə, startapın hazırda həm qlobal lider Nvidia-dan, həm də yerli texnologiya nəhəngi Huawei-dən olan aparat təminatı asılılığını əhəmiyyətli dərəcədə azalda biləcəyi gözlənilir.
Hələ kifayət qədər erkən mərhələdə olduğu vurğulanan bu xüsusi layihə üçün DeepSeek-in xarici tərəfdaşlarla sıx təmaslara başladığı bildirilir.
İşə qəbul siyasətində aqressiv sürətlənmə
Sızan məlumatlara görə, startap yarımkeçirici sektorunun aparıcı çip dizayn şirkətləri, çip istehsalçıları və yaddaş texnologiyaları üzrə şirkətlərlə artıq danışıqlara başlayaraq texniki detalları müzakirə edir.
Məlumata görə, DeepSeek layihəni sürətləndirmək məqsədilə son aylarda çip dizayn mühəndislərinin işə qəbulunu kəskin şəkildə artırıb. Lakin texnologiya şirkətinin sektordakı istedad axtarışını rəqiblərinə və ictimaiyyətə açıqlamamaq üçün heç bir açıq vakansiya elanı yerləşdirmədiyi, bütün işə qəbul proseslərini məxfilik şəraitində apardığı bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
8 d. əvvəl
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
- 47 d. əvvəl
-
1 saat əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
2 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub
Bu biznes gəlirlərdən 1 faiz vergi ödəməli olacaq
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Ən çox oxunanlar
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər























