TSMC-nin mənfəəti yüksək texnologiyalı çiplərə tələbat fonunda 77%-dən çox artaraq proqnozu üstələyib
“Taiwan Semiconductor Manufacturing Company” (TSMC) cümə axşamı açıqladığı hesabatda ikinci rüb üzrə xalis mənfəətinin illik müqayisədə 77,4% artdığını bildirib. MArja xəbər verir ki, Dünyanın ən böyük sifariş əsasında çip istehsalçısı ardıcıl rekord nəticələr qeydə alaraq analitiklərin proqnozlarını əhəmiyyətli dərəcədə üstələyib.
Daha dəqiq proqnozlar verən analitiklərin gözləntilərinə daha yüksək çəki ayıran “LSEG SmartEstimates” göstəriciləri ilə müqayisədə TSMC-nin ikinci rüb nəticələri belə olub:
Gəlir: Gözlənilən 1,264 trilyon yeni Tayvan dollarına qarşı 1,27 trilyon yeni Tayvan dolları
Xalis mənfəət: Gözlənilən 632,64 milyard yeni Tayvan dollarına qarşı 706,56 milyard yeni Tayvan dolları.
Tayvanın texnologiya nəhənginin iyun ayında başa çatan üç aylıq dövr üzrə xalis mənfəəti ardıcıl beşinci rübdə rekord səviyyəyə çatıb. Göstərici əvvəlki rüblə müqayisədə 23,4% artıb.
Şirkətin gəlirləri ötən ilin eyni dövründəki 933,79 milyard yeni Tayvan dollarından 1,27 trilyon yeni Tayvan dollarına yüksəlib. Bu, illik müqayisədə 36% artım deməkdir.
TSMC-nin məlumatına görə, 7 nanometr və daha kiçik istehsal texnologiyalarını əhatə edən qabaqcıl texnoloji proseslər yarımkeçirici lövhələrdən əldə olunan ümumi gəlirin 77%-ni təşkil edib.
Şirkət həftənin əvvəlində açıqladığı iyun ayı üzrə yüksək satış göstəriciləri də daxil olmaqla, güclü artımla yadda qalan rübü rekord nəticələrlə başa vurub.
İlin əvvəlindən bəri 58%-dən çox bahalaşan TSMC səhmləri cümə axşamı keçirilən ticarət sessiyasında əlavə olaraq 1,23% yüksəlib.
Asiyanın bazar dəyərinə görə ən böyük şirkəti “Nvidia”, “Apple” və “Broadcom” kimi qlobal texnologiya nəhəngləri üçün istehsal etdiyi süni intellekt çiplərinə yüksək tələbatdan faydalanmağa davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
8 d. əvvəl
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
- 47 d. əvvəl
-
1 saat əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
2 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub
Bu biznes gəlirlərdən 1 faiz vergi ödəməli olacaq
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Ən çox oxunanlar
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
























