Gardashlar Mebel: İdmana dəstək uzunmüddətli brend investisiyasına çevrilib
(®) İdman sponsorluğu bu gün şirkətlər üçün təkcə sosial məsuliyyət təşəbbüsü deyil, eyni zamanda uzunmüddətli brend strategiyasının vacib elementlərindən biri hesab olunur. Azərbaycanda premium mebel istehsalı sahəsində fəaliyyət göstərən Gardashlar Mebel beş ildir davam etdirdiyi tennis sponsorluğu ilə bu yanaşmanın uğurlu nəticələrini nümayiş etdirir.
Şirkət tərəfindən həyata keçirilən sponsorluq strategiyası çərçivəsində müxtəlif tennis turnirləri, liqalar və xüsusi tədbirlərə dəstək göstərilib. Bu müddət ərzində iştirakçılar üçün xüsusi hazırlanmış loqolu tennis köynəkləri, brendinq edilmiş tennis kortu, turnirlər üçün jurnal və digər çap materialları hazırlanıb. Bununla yanaşı, televiziya reklamları, beynəlxalq tennis turnirlərinin yayımı zamanı reklam inteqrasiyaları və müxtəlif kommunikasiya layihələri vasitəsilə brendin görünürlüğü davamlı şəkildə gücləndirilib. Şirkətin əsas məqsədi sponsorluğa yalnız loqonun nümayiş etdirilməsi kimi deyil, tennis ekosisteminin ayrılmaz hissəsinə çevriləcək uzunmüddətli investisiya kimi yanaşmaq olub. Beş il ərzində həyata keçirilən bu strategiya nəticəsində Gardashlar Mebel tennis ictimaiyyəti arasında tanınan və etibar edilən brendlərdən birinə çevrilib.
Sponsorluğun diqqətçəkən nəticələrindən biri isə təbii kommunikasiya effektidir. İllər ərzində tennis həvəskarları, şirkətin tərəfdaşları və müxtəlif kontent yaradıcıları tərəfindən paylaşılan yüzlərlə foto və videoda Gardashlar Mebelin loqosu reklam məqsədi daşımadan yer alıb. Beləliklə, brend insanların idman xatirələrinin və gündəlik paylaşımlarının təbii bir hissəsinə çevrilərək əlavə media büdcəsi olmadan geniş görünürlük əldə edib.
Gardashlar Mebelin tennisə verdiyi davamlı dəstək tərəfdaşları tərəfindən də yüksək qiymətləndirilib. Şirkətin uzunmüddətli əməkdaşlıq etdiyi Tennis.az tərəfindən Gardashlar Mebelin idmanın inkişafına verdiyi töhfəyə görə təşəkkür məktubu təqdim olunub. Təltif şirkətin rəhbəri Əli Mirzəyevə təqdim edilərək, uzun illər davam edən uğurlu tərəfdaşlığın və idmanın inkişafına göstərilən dəstəyin rəmzi kimi qiymətləndirilib.


Gardashlar Mebelin Marketinq və Kommunikasiya direktoru Arzu Salman bildirib ki, şirkət üçün sponsorluq qısamüddətli reklam kampaniyasından daha çox, uzunmüddətli brend investisiyasıdır:
"Biz sponsorluğa yalnız görünürlük əldə etmək vasitəsi kimi baxmırıq. Məqsədimiz hədəf auditoriyamızın olduğu mühitdə uzun illər ərzində davamlı şəkildə təmsil olunmaq, etibarlı brend mövqeyi formalaşdırmaq və idmanın inkişafına real töhfə verməkdir. Son beş ilin nəticələri göstərir ki, uzunmüddətli yanaşma həm brendimizin tanınırlığını artırıb, həm də dəyərli tərəfdaşlıqların formalaşmasına zəmin yaradıb."
Gardashlar Mebel bundan sonra da idmanın inkişafına dəstək verən layihələrdə iştirakını davam etdirməyi və sosial məsuliyyətlə yanaşı, uzunmüddətli brend dəyəri yaradan təşəbbüslərə investisiya etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 3 saat sonra
- 14 d. əvvəl
-
22 d. əvvəl
JAECOO Böyük Britaniyada tarix yazdı — üç zirvəni birləşdirən marşrutda yeni dünya rekordu
-
9 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
13 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
13 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
13 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
JAECOO Böyük Britaniyada tarix yazdı — üç zirvəni birləşdirən marşrutda yeni dünya rekordu
“Amal Group”un xərcləri artıb, mənfəəti kəskin azalıb - 49 milyona yaxın gəlirdən 2,3 milyon manat qazanc qalıb
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























