Bir sıra proqnozlar yenilənib
Yaxın Şərq regionunda davam edən geosiyasi gərginliklər fonunda enerji qiymətlərinin yüksəlməsi, inflyasiya təzyiqlərinin artması və monetar sərtləşmə gözləntilərinin yaranmasına səbəb olmuşdur. Bu fonda, cari il üzrə qlobal iqtisadi artım proqnozları aparıcı beynəlxalq maliyyə təşkilatları tərəfindən yenidən nəzərdən keçirilmişdir.
Marja.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində (Mid-Year Review) əksini tapıb
Qeyd edilib ki, Beynəlxalq Valyuta Fondu (BVF) cari ilin iyul ayında verdiyi son proqnozda qlobal iqtisadi artım tempini aprel ayı ilə müqayisədə 0,1 faiz bənd azaldaraq 3,0 faiz səviyyəsində müəyyən etmişdir. Dünya Bankı (DB) da 2026-cı ilin iyun ayında qlobal iqtisadi artım üzrə əvvəlki proqnozunu 0,1 faiz bənd azaldaraq 2,5 faiz səviyyəsində qiymətləndirmişdir. Beynəlxalq maliyyə institutları və agentliklərinin son proqnozlarına əsasən, xam neftin bir barelinin orta illik satış qiymətinin 82-94 ABŞ dolları civarında olacağı proqnozlaşdırılır.
Yuxarıda qeyd olunan qlobal və regional iqtisadi reallıqlar, xüsusilə də dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən proseslər milli iqtisadiyyata da təsirsiz ötüşməmişdir və İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra proqnozların yenilənməsini zəruri etmişdir. Belə ki, 2026-cı ilin ilk 6 ayının makrofiskal nəticələri, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı ilə bağlı makroiqtisadi proqnozlar yenilənmişdir. Həmin proqnozlara əsasən, 2026-cı ildə ÜDM-in real ifadədə 1,7 faiz artmaqla 138,0 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən nominal olaraq 3,9 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 3,1 faiz artmaqla 100,0 milyard manata (əvvəlki proqnoza nəzərən nominal ifadədə 1,7 milyard manat az) çatacağı gözlənilir.
Tikinti və turizm sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri-neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərmişdir. Belə ki, 2026-cı ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 5,0 faizdən 3,1 faizə endirilmişdir.
Eyni zamanda, cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair amillər nəzərə alınmaqla 2026-cı ildə orta illik inflyasiya proqnozu 4,8 faizdən 5,7 faiz səviyyəsinə qaldırılmışdır.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
12 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
16 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
36 d. əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
37 d. əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
1 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti
























