Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək ®

AzVak-mobil_resmin_ustu_31
Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək ®

“MSolution” elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilən xidmətlərə görə ödənişlərin onlayn qaydada — bank kartları, Apple Pay və Google Pay daxil olmaqla müasir ödəniş üsulları ilə — sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edir. Hesablaşmalar isə real vaxt rejimində Dövlət Xəzinədarlığı Agentliyinin müvafiq hesabına köçürülür.

Şirkətin xidmət göstərdiyi qurumlar siyahısına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri, bələdiyyələr, mənzil-kommunal təsərrüfatı birlikləri və digər qurumlar daxildir. Şirkət həmçinin Mobil Notariat, myGov, İNVA, Elektron Hərrac Portalı və digər rəqəmsal platformalar üçün ödəniş həlləri təqdim edir. Bundan əlavə, özəl sektorda onlayn mağazalar, restoran şəbəkələri və digər rəqəmsal xidmət platformaları ilə də əməkdaşlıq təcrübəsi mövcuddur. 

Yaxın zamanlarda isə "MSolution" şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin keçirdiyi satınalma müsabiqəsinin qalibi olub. Müsabiqə nəticələrinə uyğun olaraq, Agentliyin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" elektron pul təşkilatının ödəniş infrastrukturu vasitəsilə həyata keçiriləcək.

“Dövlət qurumlarının ödəniş proseslərinin rəqəmsallaşdırılması və bu sahədə müasir həllərin tətbiqi xidmətlərin əlçatanlığının və rahatlığının artırılmasına xidmət edir. Məqsədimiz dövlət xidmətləri üzrə ödənişlərin vətəndaşlar üçün daha rahat, operativ və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etməkdir”, — deyə MSolution-un direktoru Emil Abbasov bildirib.

MSolution haqqında

"Multi Solutions" MMC (MSolution) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılmış elektron pul təşkilatı və texnologiya şirkətidir. MSolution Visa, Mastercard və Google Pay üzrə rəsmi PSP tərəfdaşıdır, PCI DSS təhlükəsizlik standartına və ISO 27001 sertifikatına malikdir.

MSolution Multi Solutions MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar Agentliyi elektron pul təşkilatı elektron ödənişlər dövlət ödənişləri dövlət xidmətləri rəqəmsal ödəniş ödəniş infrastrukturu bank kartı ilə ödəniş Apple Pay Google Pay Dövlət Xəzinədarlığı Agentliyi real vaxt ödənişləri Mərkəzi Bank elektron pul lisenziyası PSP Visa Mastercard PCI DSS ISO 27001 fintech Azərbaycan fintech bazarı rəqəmsallaşma dövlət xidmətlərinin rəqəmsallaşdırılması Emil Abbasov onlayn ödəniş nağdsız ödəniş ödəniş sistemi
21.08.2026 12:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19